21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Təhsil Nazirliyinin dəstəyi ilə Quba rayonunda yeni layihəyə start verib.
“Dəstək olaq hər birimiz, örnək olsun təhsilimiz” adlı layihə Quba rayonunun Qaraçay və Xucbala kənd tam orta məktəblərində icra olunacaq.
Xeberler.az AzərTAc-a istinadən bildirir ki, layihə çərçivəsində Qaraçay kənd tam orta məktəbində təşkil olunan ilk tədbirdə son illərdə ölkəmizdə təhsil sahəsində aparılan uğurlu islahatlardan söz açılıb.
Vurğulanıb ki, layihə müddətində qeyd olunan məktəblərdə dərs deyən fənn müəllimlərinə İKT təlimləri istiqamətində müxtəlif dərs mövzuları üzrə elektron təqdimatların hazırlanması, kompüterin əlavə qurğuları ilə iş proseslərinə dair məlumatlar veriləcək.
Bidirilib ki, son illərdə kəndlərdə müasir infrastrukturlu məktəblərin tikilib istifadəyə verilməsi belə layihələrin icrası üçün geniş imkanlar yaranıb.
Layihənin əsas məqsədi “elektron məktəb-elektron müəllim” islahatına, xüsusilə də kənd ərazilərində yaşayan və kənd məktəblərində təlim verən müəllimlərin İKT sahəsində bilik və bacarıqlarını artırmaqla təhsilimizin inkişafına dəstək verməkdir.