21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Ötən il Azərbaycanda internet resursu hazırlayan bələdiyyələrin sayı 42-yə çatıb. 
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyindən verilən məlumata görə, bunların 2-si yerli orqanların öz vəsaitləri hesabına, 5-i isə layihə çərçivəsində istifadəyə verilib. Paytaxtın Binəqədi və Qaraçuxur bələdiyyələri ilə yanaşı, Ağcabədi və Bərdə rayonlarının beş bələdiyyəsinin internet resursu artıq istifadədədir. 
Qeyd edək ki, rayon bələdiyyələrinin resursları donor təşkilatlarının ayırdığı qrant hesabına İqtisadi Təşəbbüslər Mərkəzi tərəfindən hazırlanıb. İlk bələdiyyə resursunu isə 2001-ci ildə Mərdəkan bələdiyyəsi hazırlayıb.
İctimai birliyin məlumatına görə, “İnformasiya əldə etmə” haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, yerli özünüidarəetmə orqanları üç il ərzində internet resursu istifadəyə verməlı idilər. Bu müddət 2009-cu ildə başa çatsa da, bu gün bələdiyyələrin cəmi 2,4% -i resurs hazırlaya bilib. Resursun hazırlanmamasının əsas səbəbi kimi bələdiyyələrin maliyyəsizliklə üzləşməsi və yerlərdə kadr qıtlığının olması göstərilir.