21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Təhlükəsiz İnternet Gününə (Safer Internet Day) həsr olunmuş dəyirmi masa keçirilib.
Nazirlikdən verilən məlumata görə, toplantıda bir sıra QHT nümayəndələri, dövlət orqanları, IT-şirkətlər, eləcə də ekspertlər internetdə uşaqların təhlükəsizliyi və onların təhlükəli kontentdən qorunması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, 2011-ci ilin mövzusu «Bu, adi bir oyundan daha ciddidir, bu sənin həyatındır» şüarı ilə cəmləşdirilən «bizim virtual həyatlarımız» anlamıdır.
Nazir müavini qlobal şəbəkənin şübhəsiz üstünlükləri ilə yanaşı, müəyyən fəsadlar doğurduğunu da bildirib. Bu, xüsusən uşaqların internetdən istifadəsi zamanı özünü büruzə verir: «Təəssüf ki, uşaqlar və yeniyetmələr əksər hallarda onların real həyatlarına zərər gətirə biləcək internet mühitin neqativ təsirinin təhlükəsini sonadək anlamır».
E.Vəlizadə əlavə edib ki, hazırda bütün dünya ictimaiyyəti uşaqların təhlükəli kontentdən qorunması problemi haqqında düşünür və bu problemin həlli üçün kompleks yanaşma lazımdır.
Tədbir iştirakçıları son illər ərzində insanın real və virtual həyatları arasındakı qarşılıqlı əlaqənin daha da yaxınlaşdığını vurğulayaraq, bunun əsasən gənc nəslin nümayəndələrində daha aydın təzahür edildiyini qeyd edib.
Tədbirdə həmçinin qeyd olunub ki, filtrasiya sistemi şagirdlər üçün potensial təhlükəli kontentin qarşısını alır.
Toplantıda həmçinin zərərli informasiya ilə dolu «wap-resurs»ların sayının kəskin sürətdə artmasından narahatlıq ifadə edilib.