21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Novosti-Azərbaycanın məlumatına görə, Azərbaycanın Müdafiə Nazirliyi öz tabeliyində olan ixtisaslaşdırılmış təhsil müəssisələri üçün 40 InterWrite Learning interaktiv avadanlıq dəsti alıb.
Rahat istifadə üçün InterWrite Learning proqram təminatı Azərbaycan dilinə tərcümə edilir.
Azərbaycanda InterWrite Learning texnologiyası Bakutel-2008  Beynəlxalq İnformasiya Texnologiyaları sərgisində SİNAM şirkətinin stendində nümayiş olunub.
İnterWrite Learning interaktiv avadanlığına interaktiv InterWrite Board lövhəsi, interaktiv simsiz planşet - InterWrite Pad, özündə monitor və rəqəmsal planşet - InterWrite Panel-in funksiyalarını birləşdirən interaktiv maye-kristal displey, interaktiv InterWrite Cricket sorğu sistemi, InterWrite Software proqram təminatı daxildir.
Texnologiya müəllimin kompüterindən interaktiv lövhəyə informasiyanı çıxarmağa imkan verir. Bu informasiya mətn, qrafik və ya multimedia formasında ola bilər.
Interaktiv simsiz planşetlərin köməyi ilə şagirdlər öz suallarını verə bilər, müəllimin suallarına cavab verə bilər, sualların müzakirəsində iştirak edə bilərlər. Beləliklə, müəllim və şagirdlər arasında interaktiv dialoq alınır ki, bu da təhsilin səviyyəsinin yüksəlməsinə və təhsil alanların materialları daha yaxşı anlamasına səbəb olur.