21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Ölkə Prezidentinin “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 noyabr tarixli Fərmanının icrası çərçivəsində ünvan reyestrinin yaradılması və onun daşınmaz əmlakın kadastr xəritəsi ilə əlaqələndirilməsi ölkəmizdə “Elektron hökumət” proqramının tərkib hissəsi kimi gələcəkdə əhalinin siyahıyaalınması ilə bağlı sxematik planların, habelə seçici siyahılarının qısa müddətdə hazırlanmasını təmin edəcək.
Bunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov bildirib. Bu işlərə sərf olunan maliyyə vəsaitinin minimuma endiriləcəyini deyən A. Qaraşov, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının qısa müddətdə aparılmasının hüquqi və fiziki şəxslərin əmlak vergisinə daha fəal cəlb olunmasına şərait yaradacağını vurğulayıb.
Bundan əlavə, ünvan reyestrinin yaradılması əhalinin reyestrinin düzgün aparılmasına, rabitə-poçt sisteminin təkmilləşdirilməsinə, küçələrin, prospektlərin, meydanların adlarının və daşınmaz əmlak obyektlərinə verilən nömrələrin daim dəqiq və sahmanlı olmasına kömək göstərəcək. Bununla da fövqəladə hallar zamanı ünvanların dəqiqləşdirilməsi sahəsində mövcud çətinliklərin aradan qaldırılması, yanğından mühafizə, təcili tibbi yardım və s. spesifik xidmətlərin elektron xəritə ilə təchiz olunması, nəqliyyat vasitələrində ünvanı avtomatik müəyyənləşdirən proqram təminatının yaradılması operativ şəkildə həll ediləcək.