İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Mobil cihazların qeydiyyat sistemində indiyə qədər 12 milyondan artıq mobil rabitə cihazı qeydə alınıb

19.06.2013 [14:12]

Fontu böyüt:      

"İndiyə qədər 12 milyondan artıq mobil rabitə cihazı qeydə alınıb. Cihazların 400 mindən çoxunu mobil telefon olmayan rabitə vasitələri - planşet və ya avtomobillərdə qurulan GSM standartlı cihazlar təşkil edir.
"İndiyə qədər 12 milyondan artıq mobil rabitə cihazı qeydə alınıb. Cihazların 400 mindən çoxunu mobil telefon olmayan rabitə vasitələri - planşet və ya avtomobillərdə qurulan GSM standartlı cihazlar təşkil edir.
Sistemin fəaliyyəti nəticəsində təxminən 250-300 minədək qeyri-qanuni, o cümlədən pirat və ya klounlaşdırılmış mobil rabitə vasitələri aşkarlanıb" - bu barədə  rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib.
"Bu məsələyə bir qədər həsas yanaşılıb. Belə ki, pirat və ya klounlaşdırılmış mobil rabitə vasitələri də qeydə alınıb və onların istifadəsi mümkündür. Düşündük ki, qeydə alınmayan cihazlar dolanışıq səviyyəsi aşağı olan ailələrə məxsus ola bilər. Ona görə də qərara gəldik ki, həmin cihazları hazırda işlədiyi nömrələrə bağlayaq, yəni bu cihazlar yalnız hazırda istifadə edilən sim-kartlarla istifadə oluna bilər. Bu cihazlara başqa sim-kartlar daxil edildikdə isə onların fəaliyyəti dayandırılacaq. MCQS-in fəaliyyətə başlamasından sonra 85 telefon oğurluğu halı da aşkarlanıb, həmçinin ölkəyə mənşəyi bilinməyən, orijinal olmayan 20 minə yaxın mobil rabitə cihazının gətirilməsinin qarşısı alınıb. Ümumiyyətlə, bundan sonra standartlara uyğun olmayan qurğular şəbəkədə işləməyəcək"- deyə nazir müavini qeyd edib.
Qeyd edək ki, Mobil cihazların qeydiyyat sistemi nazirliyin Məlumat Hesablama Mərkəzində (MHM) Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"na uyğun yaradılıb. Bununla bağlı MHM-də mərkəzi baza sistemi quraşdırılıb.
Eyni zamanda, mobil operatorların şəbəkələrində uyğun avadanlıqlar quraşdırılıb və mərkəzi baza sistemi ilə uyğunlaşdırılıb. Dövlət Gömrük Komitəsi və Naxçıvan Muxtar Respublikası da mərkəzi baza sisteminə qoşulub. 2013-cü ilin 1 mart tarixindən etibarən Azərbaycanda istifadə olunan mobil cihazların "İMEİ (International Mobile Equipment Identity)" nömrələri barədə məlumatlar mobil operatorlar tərəfindən gündəlik olaraq mərkəzi baza sisteminə təqdim olunur.
Sistem üzrə qeydiyyat zamanı 3 - ağ, qara və boz səhifədən istifadə olunur. Ağ siyahıya qeydiyyatdan keçmiş telefonlar, qara siyahıya oğurlanan, qaçaqmal yolu ilə ölkəyə gətirilən, kloun cihazlar daxil edilir. Boz siyahıda isə mobil telefon şəbəkələrindən yeni xidmət almağa başlayan cihazların "IMEI" nömrələri salınır və analiz aparılır.
Analizin nəticəsindən asılı olaraq, "IMEI" nömrələri ağ və ya qara səhifəyə daxil edilir. Yeni mobil cihazların qeydiyyatının yüksək səviyyədə təşkil edilməsi üçün əhali "Qaynar xətt"dən və ya internet səhifəsindən bu barədə aldığı məlumatlarla yanaşı, eyni zamanda mobil operatorların müştəri xidmətlərindən ətraflı məlumat əldə edə bilərlər. Mobil cihazlardan *#06# yığmaqla "IMEI" nömrəsini müəyyən etmək olar.
Eyni zamanda yaradılan xüsusi internet səhifəsi – "www.imei.gov.az" saytından istifadə etməklə abunəçilər istifadə etdikləri mobil cihazların "IMEI" nömrələri ilə cihazların orijinallığını müəyyənləşdirə, eləcə də əlavə məlumatlar əldə edə bilərlər.
Sistemin üstünlüklərinə gəlincə, ölkəmizdə yaradılan qeydiyyat sistemi Beynəlxalq GSM Assosiasiyası tərəfindən təşkil olunan "vahid qlobal qara səhifə"yə qoşulmaqla, müxtəlif ölkələrdə oğurlanmış mobil cihazların respublikamızda istismarının qarşısını alacaq. Mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlarından rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan, xalq arasında "pirat" kimi tanınan mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir.
Eyni zamanda, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir. Bununla yanaşı, qeydiyyat sistemi, qeyri-qanuni yollarla ölkə ərazisinə idxal olunan mobil cihazlardan istifadənin qarşısının alınmasını təmin edir.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar