21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Yaxın günlərdə isə I ixtisas qrupu üzrə ərizə vermiş abituriyentlərin “İmtahana buraxılış vərəqəsi” də komissiyanın internet saytında yerləşdiriləcək
2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyunun 25-dən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Yaxın günlərdə isə I ixtisas qrupu üzrə ərizə vermiş abituriyentlərin “İmtahana buraxılış vərəqəsi” də komissiyanın internet saytında yerləşdiriləcək.
Hər bir ixtisas qrupu üzrə qəbul imtahanına bir neçə gün qalmış müvafiq qrup üzrə ərizə vermiş abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Bu ildə attestat alan abituriyentlər “(ümumi təhsil müəssisələrini 2010-cu ildə bitirən abituriyentlər və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlər) “İmtahana buraxılış vərəqə”sini əldə etmək üçün təhsil haqqında sənədinin seriyasını, nömrəsini və verilmə tarixini, fənlər üzrə attestat qiymətlərini elektron ərizəsinə daxil etməli, attestatı elektron ərizəsini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasına təqdim edib attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidir.
Həmin abituriyentlərə Sənəd Qəbulu Komissiyalarına attestat məlumatlarını təsdiq etdirmək üçün aşağıdakı qrafik üzrə müraciət etmələri tövsiyə olunur:
III qrup üzrə: - 03 iyul 2010-cu il saat 17:00-dək 
I qrup üzrə: 05 - 09 iyul 2010-cu il, hər gün saat 10:00-dan 17:00-dək 
IV qrup üzrə: 12 - 16 iyul 2010-cu il, hər gün saat 10:00-dan 17:00-dək 
II qrup üzrə: 19 - 22 iyul 2010-cu il, hər gün ssat 10:00-dan 17:00-dək