21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Məlum olduğu kimi, 2009-cu il sentyabrın 1-i tarixindən “Delta” Telekom provayderlər üçün bəzi şərtlər daxilində internet trafikinin qiymətini aşağı salıb. SİA-nın məlumatına görə, minimum güzəşt olaraq 100 Mbps-dən 10 faiz artıq internet alan provayder üçün qiymət 275 manatdan 248 manata endiriləcək. Eyni zamanda maksimum güzəşt olaraq 60 faiz artıq internet alan provayder üçün qiymət 110 manat olacaq.
Bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində sentyabrın 2-də keçirilən iclas zamanı provayder rəhbərləri də iştirak edib və bu güzəştlə bağlı əhaliyə verilən internetin qiymətində müəyyən dəyişkliyin olacağını bildirmişdilər. Bununla əlaqədar olaraq biz Azərbaycanın bir sıra provayderlərinin baş ofisləri ilə əlaqə saxladıq. Onların bir neçəsi güzəşt barədə hələ heç bir planın olmadığını bildirsələr də, bəziləri sentyabrın sonu, oktyabrın əvvəllərində əhali üçün verilən internetin qiymətində bəzi dəyişiklirlərin olacağını bildiriblər. Lakin onlar güzəştin neçə faiz olacağı barədə məlumat verməyiblər.
RİTN-in şöbə müdiri Rüfət Gülməmmədovun sözlərinə görə isə nazirliyin bu provayderlərə qiymətləri azaltmaq barədə təsir etmək hüququ yoxdur. O həmçinin əlavə edib ki, onlar müstəqil fəaliyyət göstərirlər və RİTN onlara sadəcə bununla bağlı tövsiyyə verə bilər. Daha sonra Rüfət Gülməmmədov qeyd edib ki, bəzi provayderlər bu barədə heç bir informasiya verməsələr də, bəziləri konkret addımlar atacağını bildiriblər.