21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
ABŞ-ın Demokratik partiya namizədi Barak Obama  potensial seçiciləri cəlb etmək üçün sonuncu texniki yeniliklərdən istifadə etmək niyyətindədir. Namizədin seçkiqabağı ştatı bu dəfə məşhur Apple İphone smartfonu üçün  yeni  proqramı təqdim etmişdir. Bu proqramın köməyi ilə smartfon sahibi olan yaxınlara zəng etmək, Barak Obamanın özü haqqında yeni məlumatlar əldə etmək , seçkiqabağı bəzi tədbirlərdə iştirak etmək və debatlardan ibarət debatlara baxmaq olar. Bunlardan əlavə , bu proqram həmçinin də iş masasının mexanizmini  klassik açıq mavi rəngdə , üzərində firma loqotipi və OBAMA 08 imzası olan xarici görünüş yaratmağa imkan verir.
Namizədin öz saytında deyilir ki, “bu mexanizm sizə ölkəni dəyişmək məqsədində olan siyasi proseslərin iştirakçısı olmağa yardım edəcək.” Obama 08 proqrami ABŞ Demokratik Partiyası tərəfindən işlənib hazırlanmışdır, bununla belə onun yaradılması prosesi 3 həftədən az çəkmişdir. Proqramın işlənib hazırlanma rəhbəri Ceyson Qriqsbi demişdir : “ Bu həqiqətən də bizim kampaniyaya kömək edə bilər . Mobil texnologiyadan əhalini seçkiqabağı kampaniyaya cəlb etmək üçün istifadə olunması həqiqətən də öz müsbət effektini göstərə bilər.” 
Ən maraqlı imkanlardan biri də “Call Friends” xidmətidir. Bunun vasitəsilə bu xidmətin digər istifadəçiləri ilə əlaqə yaratmaq olar. Bundan əlavə, bu xidmət  “yaddaş” xarakteri daşıyaraq  Demokratik Partiya ilə bağlı olmuş ən mühüm hadisələri yada salır.
Xatırladaq ki, sabiq senator Obama öz kampaniyasını təşkil etmək üçün dəfələrlə yüksək texnologiyaların köməyindən yararlanmışdır. Belə ki, sonuncu bu cür  hadisə  Cozef Baidenin vitse-prezident vəzifəsinə namizəd seçilməsi haqqında məlumat yazılmış SMS göndərilməsi olmuşdu. Buna qədər isə Obama ştabı BarackTV adlı internet-kanal və bloklar şəbəkəsi MyBO  istehsal etmişdi.
xeberler.az\Aysel