21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
15-ci Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” BakuTel 2009 sərgisində Nar Mobile CavanNar tarif paketinin üstünlüklərini nümayiş etdirəcəkdir. Stendin ziyarətçiləri bu tarif paketinin Azərbaycanın mobil rabitə bazarında olan üstünlükləri haqqında ətraflı məlumat almaqla yanaşı interaktiv oyunda iştirak etmək imkanını qazanacaqlar.
Nar Mobile stendində keçirilən maraqlı interaktiv oyun yarışmasında iştirak etmək istəyən hər bir şəxs stenddə  təşkilatçılar tərəfindən təqdim olunmuş xüsusi anketi doldurmalıdır. Anketi doldurmuş şəxs Nar Mobile stendində CavanNar yarışmasında iştirak etmək hüququnu qazanır. Sərgi günləri keçirilən yarışmada hər gün bir Nokia N97 mobil telefonu və müxtəlif qiymətli hədiyyələr oynanılacaq.
Qalibin elan edilməsi və mükafatlandırılma mərasimi hər sərgi günü saat 17:00-da, noyabrın 7-si isə saat 14:00-da keçiriləcəkdir. 
Qeyd etmək lazımdır ki, CavanNar Tarif Planı xüsusi olaraq gənclər üçün hazırlanıb. CavanNar tarif planına qoşulan abunəçilər hər balans artımı zamanı 100 SMS, 100 MMS, 1 Mb pulsuz GPRS və kontent provayderlərdən 90 pulsuz yükləmə şəklində bonuslar əldə etməklə yanaşı müxtəlif əyləncə mərkəzlərində, geyim mağazalarında və restoranlarda böyük güzəştlərdən yararlanırlar.