İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Nokia”nın Çin fabrikinin işçiləri “Microsoft” ilə imzalanan sazişə etiraz edirlər

26.11.2013 [09:32]

Fontu böyüt:      

“Nokia” şirkətinin Çindəki fabrikində çalışan bir neçə yüz işçi Finlandiya istehsalçısının mobil biznesinin “Microsoft” korporasiyasına satıldıqdan sonra onlara ödənilən kompensasiyanın məbləğinə qarşı etiraz edirlər.
“Nokia” şirkətinin Çindəki fabrikində çalışan bir neçə yüz işçi Finlandiya istehsalçısının mobil biznesinin “Microsoft” korporasiyasına satıldıqdan sonra onlara ödənilən kompensasiyanın məbləğinə qarşı etiraz edirlər.  
Etiraz edənlərin sözlərinə görə, onlar əmək sazişini imzalamağa məcbur olaraq lazımi məbləğdə kompensasiya almayıblar. Donquan şəhərində yerləşən fabrikin qarşısına tətilə çıxan işçilər ədalətli kompensasiya ödənilməsi ilə bağlı şüarlar səsləndiriblər.
İCTnews-un məlumatına görə, “Nokia” etiraz edənlərlə danışıqlar aparır. Lakin işçilər işəgötürənlə danışıqların aparılmasını inkar edirlər.
Qeyd edək ki, bir neçə gün əvvəl  “Nokia” şirkətinin səhmdarları “Devices & Services” bölməsinin “Microsoft” korporasiyasına satılmasına dair sazişi yekdilliklə bəyəniblər. Smartfon istehsalı üzrə biznesin “Microsoft” korporasiyasının ixtiyarına verilməsinə görə səhmdarlar toplantısında iştirak edənlərin 97 faizi buna səs verib. ABŞ korporasiyası indi yalnız müxtəlif ölkələrin antiinhisar orqanlarının qərarını gözləməlidir.   
Dəyəri 5,44 milyard avro qiymətləndirilən sazişin 2014-cü ilin əvvəlində başa çatdırılması planlaşdırılır. Sazişə görə, “Nokia”nın 32 min əməkdaşı “Microsoft”un sərəncamına keçəcək, Stiven Elop baş direktor vəzifəsini, eləcə də Direktorlar Şurası üzvlüyünü tərk edəcək və “Devices & Services” bölməsinin vitse-prezidenti vəzifəsini tutacaq.  
“Microsoft” korporasiyası “Nokia” brendindən 10 il müddətinə istifadə etmək hüququ qazanıb, lakin bu, yalnız adi mobil telefonlara şamil olunur. Eyni zamanda ABŞ korporasiyası “Asha” və “Lumia” ticarət markalarına patent hüququ əldə edib. Öz növbəsində Finlandiya şirkəti smartfonların hazırlanması və istehsalı əvəzinə “Here” geolokasiya xidmətinin inkişafı ilə məşğul olacaq.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar