21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Ötən ilin dekabr ayının 31-də bitmiş 2010-2011 maliyyə ilinin ikinci rübünün yekunları üzrə dünyanın ən iri proqram təminatı istehsalçısı “Microsoft” korporasiyasının mədaxil göstəriciləri 19,95 milyard dollara çatıb.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, 1 il öncəki anoloji dövrlə müqayisədə 5 faiz artım deməkdir. Şirkətin hesabat dövründə təmiz mənfəəti bir il ərzində 6,63 milyard dollar olub. Bu. Keçən illə müqayisədə 1 faiz azdır. Ötən maliyyə ilində Microsof-un mənfəəti 6,66 milyard dollar olub. Bu zaman bir səhm üzrə korporasiyanın ikinci rübün yekunları üzrə xalis mənfəəti 0,77 dollar təşkil edib. Bu, bir il bundan qabaqkı göstəricidən 4 faiz çoxdur.
Rüb ərzində “Microsoft” 5 milyard dollar dəyərində öz səhmlərini alıb və 1,3 milyard dollar məbləğində divident ödəyib. Bu günə kimi “Windows 7” əməliyyat sisteminin 300 milyondan artıq lisenziyalı versiyası satılıb. Korporasiya “Microsoft” istehsalı olan “Xbox 360” oyun qurğusunun kontaktsız idarə olunması üçün nəzərdə tutulmuş “Kinect”in satış həcminin iki ay ərzində 8 milyondan artıq olmasını xüsusi qeyd edib.