İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

ELSEVIER nümayəndələri İnformasiya Texnologiyaları İnstitutunda oldular

26.02.2013 [11:07]

Fontu böyüt:      

AMEA İnformasiya Texnologiyaları İnstitutunda dünyanın ən böyük elmi bazalarından olan Elseiver-in Türkiyə, İran və Orta Asiya ölkələri üzrə regional direktoru Tayfun Basal və meneceri Ayhan Saracoğlu ilə görüş keçirildi. ict.az-ın verdiyi məlumata görə məqsəd Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynayan elmi məqalələrin dünyanın nüfuzlu, yüksək indeksli jurnallarında dərcinin təşkili və əməkdaşlıq əlaqələrinin müzakirəsi idi.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda dünyanın ən böyük elmi bazalarından olan Elseiver-in Türkiyə, İran və Orta Asiya ölkələri üzrə regional direktoru Tayfun Basal və meneceri Ayhan Saracoğlu ilə görüş keçirildi. Məqsəd Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynayan elmi məqalələrin dünyanın nüfuzlu, yüksək indeksli jurnallarında dərcinin təşkili və əməkdaşlıq əlaqələrinin müzakirəsi idi. 
Öncə T.Basal Elseiver-in təklif etdiyi xidmətlər haqqında qısa məlumat verdi. Elmi tədqiqatçılar üçün dəyərli informasiya mənbəyi olan bu kimi bazaların digər elmi bazalarla müqayisədə üstünlüklərindən, yaratdığı geniş imkanlardan söhbət açdı. Bildirdi ki, bu işlərin yüksək səviyyədə təşkili Azərbaycan alimlərinin fəaliyyətinin, aparılan elmi tədqiqatların dünya elmi ictimaiyyətində tanınması baxımından mühüm əhəmiyyət kəsb edir. “Hədəfimiz Azərbaycanın elm və təhsil müəssisələrinin Elseiver-in xidmətlərindən daha səmərəli istifadəsini təmin etməkdir” deyən qonaq ölkəmizdə bu elmi bazanın təcrübəsinin öyrənilməsi və onun imkanlarından istifadənin zəruriliyindən danışdı. Sözügedən nəşrlərdə məqalələrə qoyulan tələblərin öyrənilməsi məqsədilə treninq və seminarların keçirilməsinin vacibliyini nəzərə çatdırdı. 
Görüşdə həmçinin iki qurum arasında əməkdaşlıq üzrə fəaliyyət planına dair müzakirələr aparıldı, işçi qrupun yaradılması və Anlaşma Memorandumu üçün hazırlıq işlərinin görülməsi qərara alındı. 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar