21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Unibank Kommersiya Bankı xüsusi 117 Xidmətini - Məmnun müştərilər telefon mərkəzini istifadəçilərə təqdim edib.Bu haqda bankdan verilən məlumatda bildirilir.
Telefon mərkəzi işgüzar adamlar daxil olmaqla, öz maliyyə məsələlərinin kompleks şəkildə həll edilməsi zamanı vaxta qənaət etməyə üstünlük verən bütün müştərilər üçün açılıb. 117 xidmətinin başlıca üstünlüyü maliyyə bazarları üzrə peşəkar mütəxəssislərin vasitəsilə keyfiyyətcə yeni xidmətin göstərilməsidir.
Artıq Unibankın mütəxəssisləri və menecerləri yalnız suallara cavab verməyəcək, eləcə də müştərilərin öz irad və istəklərini bildirdiyi halların daxil olması şərti ilə yaranan problemlərin kompleks şəklində həllinə yardım göstərəcəklər. Müştərilərin fikirlərini dəyərli hesab edərək, Unibank onların hər birinə bank xidmətlərinin keyfiyyətinə müsbət təsir etmək imkanı verir. Telefon mərkəzinin üstünlüklərindən biri də müştərilərlə aparılan söhbətlərin tam məxfi olmasıdır.
Hər bir kəs 117 Xidmətinə müraciət edərək, bank tərəfindən göstərilən xidmətlər və təklif olunan məhsullar haqqında məhz peşəkar məsləhətlər alacağına arxayın ola bilər.
Qeyd etmək lazımdır ki, 117 nömrəsi üzrə telefon mərkəzi ilə ölkənin bütün telefon abonentləri əlaqə saxlaya bilərlər - mobil telefonlardan 994-012 kodunun yığılması, Bakıdan başqa bütün şəhər və qəsəbələrdən isə 012 şəhərlərarası rabitə kodunun yığılması şərti ilə.
Məlumat üçün bildirək ki, Unibank 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının - MBANK (1992) və PROMTEXBANKın (1994) birləşməsi nəticəsində yaranmışdır.Hal-hazırda bu bank Azərbaycanın ən etibarlı banklarından biri kimi nüfuz qazanıb. Bankın son zamanlar fəaliyyətində gənclərə dəstək verən layihələrdə iştirakı təqdirəlayiq haldır.