21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Payızda Xankəndidə Azərbaycan dilində telekanal açıla bilər. Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın şəxsi göstərişi ilə "düşmən təbliğatın qarşısını almaq məqsədilə" belə telekanalın yaradılması ilə bağlı işlərə başlanıb.
İşçi qrupa "Artsax" telekanalının şöbə müdiri Artyom Qazaryan rəhbərlik edir. O, "Groong"a verdiyi açıqlamasında bildirib ki, Azərbaycan telekanallarının qarabağlı ermənilərə təbliğati və ideoloji təsiri Bakının istədiyi effekti vermir.
"Qarabağlı ermənilər bu telekanallara baxırlar, çünki Azərbaycan Dağlıq Qarabağ ətrafında güclü retranslyator qüllələri quraşdıraraq, əsas telekanallarını ərazilərimizə yayır. Amma bu telekanallarda deyilənlər eynimizə deyil, çünki bizim barəmizdə yalnız düşməncəsinə yalanlar danışırlar. Belə təbliğata cavab olaraq Azərbaycan dilində veriliş və proqramlarla efirə çıxa biləcək kanalın yaradılması çox mühüm məsələdi", - A.Qazaryan deyib.
Dağlıq Qarabağdakı separatçı rejimin maliyyə durumunu nəzərə alsaq, bəhs olunan telekanal məsələsi xülya təsiri bağışlayır. Çünki elə ermənilərin özlərinin hesablamalarına görə, sutkada 12 saat efirdə olacaq telekanalın işə salınması üçün minimum $300 min gərəkdir.
Müşahidəçilərini fikrincə, qarabağlı separatçıların görə biləcəkləri işin maksimum səviyyəsi yerli telestansiyada Azərbaycan dilində qısamüddətli proqramların yayılmasıdır.//Ekspress