21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Parabank” ASC plastik kart portfelinə yeni məhsul daxil olub. Bankın mətbuat xidmətindən verilən məlumata görə, Visa Beynəlxalq Ödəniş sisteminin Virtual Kartı internet şəbəkəsində mal və xidmət haqqı ödəmək üçün istifadə olunur. Bu kart növü pullarınızın ən yüksək dərəcədə təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.
Bu növ plastik kartlarda maqnit zolağı və PIN kod olmadığından bu növ kartlar bankomatlarda və POS terminal qurğularında istifadə edilmir. Bu kart debet rejimində işlədiyinə görə başqa kart tiplərindən fərqləndirən və onun istifadəsini daha təhlükəsiz edən başlıca cəhət ondan ibarətdir ki, yalnız karta təhkim edilmiş hesaba qabaqcadan qoyduğunuz vəsaiti xərcləmək olur. Ödəmədən sonra isə balansı sıfır qalıqla saxlamaq olar. Bununla da kart nömrəsinin İnternetdə kənar şəxslər tərəfindən öyrənildiyi halda vəsaitlərinizin qanunsuz çıxarılması ehtimalını praktiki olaraq istisna edə bilərsiniz.
Virtual kartda başqa plastik kartda olduğu kimi universal və təkrarsız 16 işarəli nömrə, kart sahibinin adı, kartın qüvvədəolma müddətinin bitəcəyi tarix, habelə InterCardın üz tərəfində göstərilən xüsusi üç işarəli CVV2 kodu var.
mənbə: riyadmedia.com