21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Mayın 14-də Gənclərin Fəaliyyətinə Dəstək Mərkəzində “Link Media” yayım şirkətinin təhsil kataloqu olan “Link to Education”un təqdimat mərasimi keçirilib.
Xeberler.az-ın məlumatına görə, müxtəlif universitetlərin tələbələri və jurnalistlərin iştirakı ilə keçirilən tədbirdə kataloqun mahiyyəti və imkanları barəsində iştirakçılara bildirilibki kataloq universitetlər,litsey, özəl məktəblər,hazırlıq kursları, dil kursları, komputer kursları, treyninq və seminarlar, xaricdə təhsil və məktəbəqədər təhsil bölmələrni özündə cəmləmişdir . Jurnalın baş redaktoru Elvin Rzayev bu kataloqun Azərbaycan tələbələri üçün lazımlı vəsait olduğunu söyləyib: “Bizim məqsədimiz tələbələri bu kataloq vasitəsilə Bakıda fəaliyyət göstərən və keyfiyyətli təhsili ilə seçilən tədris mərkəzləri ilə daha yaxından tanış etməkdir.Bildiyiniz kimi bu gün Bakıda tədris mərkəzlərinin sayı gündən günə artmaqdadır.Kataloqun vətəndaşlara tədris mərkəzlərinin axtarışında və seçimində yardımcı olacağından əminəm.Bir daha söyləyirik ki, bu jurnal hər kəsə pulsuz olaraq paylanılacaq”. E.Rzayev jurnalın bütün universitetlərə paylanılacağını əlavə edib.
Jurnalistlərin suallarını cavablandıran baş redaktor tələbələrin iş imkanlarının artırılması üçün də yeni layihələri olduğunu da vurğulayıb.
Pr meneceri Tural Abdullayev isə, jurnala tələbatın çox olduğunu və buna görə də gələcəkdə jurnalın 5000 yeni nüsxəsini nəşr edə biləcəklərini söyləyib.
Qeyd edək ki, “Link Media” yayım şirkəti gələcəkdə digər sahələrdə də kataloqların nəşrini planlaşdırır.