İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Startup Azərbaycan XƏZƏR Toplantısı keçirilib

20.04.2013 [15:18]

Fontu böyüt:      

Bu gün Xəzər Universitetində Startup Azərbaycan layihəsi çərçivəsində developerlərin, proqramçıların və digər İT mütəxəssislərin, ekspertlərin və startupçıların Toplantısı keçirilib.
Bu gün Xəzər Universitetində Startup Azərbaycan layihəsi çərçivəsində developerlərin,  proqramçıların və digər İT mütəxəssislərin,  ekspertlərin və startupçıların Toplantısı keçirilib.

StartUp Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz tədbiri açaraq onun məqsədi haqqında və StartUp Azərbaycan Layihəsi  haqqında geniş məlumat verib.
O,  StartUp Azərbaycan layihəsinin əsas məqsədləri, Layihə çərçivəsində hazırda davam edən Müsabiqə Qaydaları, StartUp Azərbaycan çərçivəsində həyata keçiriləcək tədbirlər, qarşıdakı  Startup Weekend  tədbirləri və startupçılar üçün keçiriləcək Təlimlərlə bağlı məlumatlar verib. O, həmçinin yekun təqdimat mərasiminin və finalçıların investorlarla görüşlərinin İyunun sonlarında  keçiriləcəyini diqqətə çatdırıb.

Toplantıda konkret bir Startupın - Kinotap layihəsinin ərsəyə gəlməsi ilə bağlı Təqdimat  olub. Layihənin Komanda üzvləri Amid Quliyev, Şaiq Muradov, Sadiq Muradov və Rəşid Səfərov Layihə haqqında, onun ideyası və texniki-texnoloji xüsusiyyətləri haqqında, İnternet bazarındakı yeri haqqında və gələcək inkişaf  perspektivləri haqqında məlumat veriblər.

Sonda təqdimatçılar və StartUp Azərbaycan  TK üzvləri Osman Gündüz, Ülvi Aslanov, Ayaz Quliyev, Rəşad Əliyev toplantı iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Startup Azərbaycan TK bildirir ki, aprelin 27-də Sumqayıt şəhərində belə toplantını keçirilməsi nəzərdə tutulub.
Startup Azərbaycan Layihəsinə Rabitə və İnformasiya Texnologiyaları nazirliyi dəstək verir.

Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir.
Microsoft, İnfipro şirkətləri də Startup Azərbaycanın sponsorlarıdır.

Geniş məlumat : www.startup.az

Xəzər Toplantısının foto materialları: https://www.facebook.com/media/set/?set=a.512409962151673.1073741830.486851951374141

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar