21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dekabrın 6-sı - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına həsr olunmuş, həmçinin informasiya cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə müsabiqə elan edib.
Nazirlikdən verilən məlumata görə, müsabiqə dörd nominasiya üzrə keçiriləcək ki, bura «İKT üzrə ən yaxşı aktual məqalə», «İKT üzrə ən yaxşı elmi məqalə», «İKT üzrə ən yaxşı kitab» və «Ən yaxşı elektron xidmət» daxildir.
Müsabiqədə iştirak etmək üçün www.aztelekom.org/iktmusabiqe saytında qeydiyyatdan keçmək zəruridir. Qeydiyyatdan keçmiş nominantlar nominasiyalar üzrə işlərini sözügedən veb-sayt vasitəsilə təqdim etməlidir. Eyni zamanda işlər kağız formatında münsiflər heyətinə (Z.Əliyeva küç., 33 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinə) təqdim oluna bilər.
Qaliblərin müəyyən edilməsi 2 mərhələdən ibarət səsvermə yolu ilə həyata keçiriləcək. I mərhələdə səsvermə www.aztelekom.org/iktmusabiqe saytında «online» yolu ilə həyata keçiriləcək, II mərhələdə isə nominantlar arasından qaliblər münsiflər heyəti tərəfindən («online» səsvermənin nəticələri nəzərə alınmaqla) müəyyən ediləcək.
Məqalələr bu gündən etibarən noyabrın 15-dək təqdim olunmalıdır. Birinci mərhələ üzrə «online» səsvermə noyabrın 16-dan 28-dək davam edəcək. Nominasiyalar üzrə qaliblər noyabrın 30-da müəyyən olunacaq. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
mənbə: APA