21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Muasir dövrdə “ internetin müstəqilliyi” bəzi Web səhifələrə tətbiq olunan qadağaların aradan qaldırılması barədə müzakirələr gedir. Bununla ba]lı amerikalı siyasətçilər Çin və ya başqa ölkələrdən gələcək kiber hücumlara qarşı interneti bütünlüklə dayandırmaq istəyirlər.
Müstəqil senator Joseph Lieberman Amerka prezidentinə kiber hücumları zamanı internetin bir hissəsinin, yaxud da bütün interneti bir anda dayandıra biləcək səlahiyyət verən bir qanun layihəsi təklif edib. Həmin qanun layihəsinin nədən ibarət olduğu bu günlərdə müzakirə obyekti olub.
Türkiyə mətbuarının yaydığı xəbərə görə “ İnternet kill swicht ( interneti dayandırma düyməsi )” əslində yeni fikir deyil. Amerikalılar 1 il əvvəl də "Protecting Cyiberspace as a National Asset Act ( PCNAA Kiberfəzanı milli bir varlıq olaraq qorumaq )” Kiber Təhlükəsizlik “2009 adlı bir qanun layihəsi Demokrat Senator John Rockefeller və Olympia Snowe tərəfindən təklif olunmuşdu.
O vaxtlar bu “ İnterneti dayandırma düyməsi ” fikri ağılsız və həyata keçirilməz bir fikir adlandırılaraq qanundan çıxarılmışdı
Qeyd edək ki, bu fikrin ortaya çıxması istər Amerikadakı, istərsədə digər ölkələrdəki internet istifadəçilərini təşvişə salıb. Hazırda iş həyatının böyük bir qismi internet üzərindən həyata keçirilir. Mütəxəsislərin fikrincə, məqsəd nə olursa olsun, İnterneti dayandırmaq Amerikanı eləcə də bütün dünyanı sarsacaq bir hadisəyə çevrilə bilər və qarşısı alınmaz problemlər yarada bilər.
ELMAR VƏLİYEV