21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dünən Azərbaycan Media Mərkəzində jurnalist, ekspert və universitetlərin jurnalistika fakültəsinin tələbələri üçün “Elektron KİV sistemində dini problemlərin obyektiv qoyuluşu” mövzusunda treninq keçirilib.
 
Bakı Dövlət Universitetinin müəllimi, tədqiqatçı alim Nəsiman Yaqublu bildirib ki, treninqin məqsədi problemləri mətbuat orqanlarında ictimai müzakirəyə çıxarmaq və həllinə kömək etməkdir. 
Treninqin əsas məruzəçisi dinşünas alim Elşad Miri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi məlumatına istinadən bildirib ki, Azərbaycanda 533-dən çox dini icma qeydiyyatdan keçib. Onların 70-80 faizi islam təmayüllüdür. Dini saytların əhəmiyyətini qeyd edən E. Mirinin sözlərinə görə, bəzi şəxslərin islamı qəbul etməsində elektron resursların mühüm rolu olub.
E. Miri qeyd edib ki, bu gün Azərbaycan dilində minlərlə sayt olsa da, onların çox az qismi dini mövzulara həsr edilib. Bəzi dini saytlar isə missionerlik fəaliyyəti ilə məşğuldur.