21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Gələn həftədən Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisində maliyyə yardımı ilə bağlı layihələrin qəbuluna başlanacaq. Bu məlumatı Qaynar.info-ya Fondun Müşahidə Şurasının sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlu verib.
Onun sözlərinə görə, bu məqsədlə nəzərdə tutulan hazırlıq işləri artıq başa çatıb: “İyulun 1-dən layihələrin qəbulu nəzərdə tutulurdu. Amma qrant layihələrinin yazılması xüsusi bacarıq tələb edir, onun öz qaydaları, şərtləri var. Azərbaycan jurnalistlərinin böyük əksəriyyəti heç vaxt belə layihələr yazmayıb. Ona görə də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi layihə müsabiqəsi çərçivəsində Mətbuat Şurasında jurnalistlər üçün hazırda treninq-məşğələlər keçirilir. Treninqlər qruplar üzrə aparılır. Hər qrupa 3 gün təlim verilir. Bu treninqlərə jurnalistlər böyük maraq göstərirlər. Treninq-məşğələlərdə qruplar üzrə layihə təklifinin hazırlanması, qrupların işinin təqdimatı və müzakirələrin aparılması həyata keçirilir”.
O, treninq-məşğələlərin növbəti həftə də davam edəcəyini deyib: “Yəqin ki, layihələrin qəbuluna gələn həftədən başlanacaq. Bunun üçün Fondun ofisində, Şeyx Şamil küçəsi 11/12 ünvanında müəyyən hazırlıq işləri görülür”.
U.Rəhimoğlu bildirib ki, layihələrin qəbulu iyulun 31-dək davam edəcək. Bir ay müddətində, yəni avqustun 31-nə qədər layihələr müstəqil ekspertlər tərəfindən qiymətləndirəcək. Sonra isə qalib gələn layihələrin maliyyələşdirilməsi həyata keçiriləcək.
Müşahidə Şurasının sədri onu da qeyd edib ki, hələlik fonda heç bir layihə təqdim edilməyib.