21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Böyük Britaniya xüsusi xidmət orqanları internet provayderlərdən IP ünvanlar üzrə şəbəkənin terrorizm və pedofiliyada şübhəli bilinən anonim istifadəçilərinin adlarını müəyyənləşdirməyə imkan verən məlumatlar üçün sorğu vermək hüququ alacaqlar. Bu barədə Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey deyib.
Nazirin sözlərinə görə, Britaniya
hökuməti parlamentə antiterror tədbirləri və təhlükəsizlik haqqında qanun layihəsini
müzakirəyə təqdim etmək niyyətindədir. Layihəyə əsasən, istifadəçinin real
adını və ünvanını müəyyənləşdirmək üçün polis və əks kəşfiyyat internet şirkətinə
şübhəli şəxsin kompüterinin IP ünvanını təqdim edəcək. 
“Bu qanun layihəsi IP
ünvanlarının real problemini həll etməyə imkan verir, bu, düzgün istiqamətdə
atılacaq addım olacaq”, - Tereza Mey qeyd edib. 
2012-ci ildə Devid Kemeron hökuməti
xüsusi xidmət orqanlarının elektron poçt, telefon kontaktları və vətəndaşların
sosial şəbəkələrdə ünsiyyətinə geniş nəzarəti həyata keçirməyə imkan verən
qanun layihəsini qəbul etməyi planlaşdırıb. Plana görə, rabitə şirkətləri öz şəbəkələrini
xüsusi ötürücülərlə təchiz etməlidir. Ötürücülər xüsusi xidmət orqanlarına real
vaxt rejimində və məhkəmənin icazəsi olmadan müəyyən nömrədən bütün telefon zəngləri,
mətnli bildirişlər, elektron poçtla göndərilən məktublar və insanın sosial şəbəkələrdə
ünsiyyəti haqqında məlumatlar əldə etməyə imkan verəcəkdi. 
Hazırkı qanun layihəsi əvvəlki
planın minimum qısaldılmış variantıdır. 
Britaniya hüquq müdafiəçiləri
polisə IP ünvanı üzrə terrorizm və pedofiliyada şübhəliləri müəyyənləşdirmək
hüququnun verilməsini əsaslı hesab edirlər. Lakin onlar ehtiyat edirlər ki,
hüquq-mühafizə orqanları bu hüquqdan geniş istifadə edərək ondan sui-istifadə edəcəklər,
- “TASS” yazır.