21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İstehsalat Birliyi) üç vəzifəli əməkdaşı həbs edilib.
Birliyin şöbə müdiri Sahibəli Əliyev və həmin şöbənin daha iki əməkdaşı - Məhəbbət İbadova və Şəlalə İbrahimova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən saxlanılıblar. Adıçəkilən şəxslər tutduqları vəzifədən sui-istifadə edərək 620 min manat pul vəsaiti mənimsəməkdə təqsirli bilinirlər. Hər üç şəxs barəsində başlanan cinayət işi üzrə toplanmış cinayət materialları yekunlaşaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.
Məhkəmədən APA-ya bildirilib ki, məlum cinayət işi baxılması üçün hakim Eynulla Vəliyevin icraatına verilib.