21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Təhsil Nazirliyinin dəstəyilə “Microsoft Azərbaycan” şirkəti Azərbaycanda növbəti “İnnovativ Müəllimlər” müsabiqəsini elan edib.
Ümumdünya İnnovativ Müəllimlər Forumunun Azərbaycan mərhələsi olan bu müsabiqə ölkəmizdə Təhsil nazirliyinin Microsoft korporasiyası ilə birgə həyata keçirilən “Təhsildə əməkdaşlıq” proqramının tərkib hissəsidir.
Müsabiqə MƏDƏD humanitar təşkilatı, ULTRA, HP şirkətləri və İntelin “Gələcək üçün təhsil” proqramı, AZEDUNET və British Council təşkilatları tərəfindən dəstəklənir.
Müsabiqənin məqsədi Azərbaycanın təhsil sistemində çalışan innovativ orta məktəb müəllimlərinin şəbəkəsini yaratmaq, onların informasiya texnologiyalardan istifadəsini təkmilləşdirmək və şagirdləri XXI əsr biliklərinə yiyələnməsi üçün şərait yaratmaqdır. Müsabiqə “məzmunda innovasiya” nominasiyası üzrə keçirilir.
“Məzmunda innovasiya” nominasiyası innovasiya yanaşmasının və informasiya texnologiyalarının yardımılə məktəbin dərs proqramını daha səmərəli şəkildə tədris etməyə imkan verən ən yaxşı təhsil layihələrinin müəyyən edilməsinə istiqamətlənir. 
  
Müsabiqədə iştirak şərtləri: 
• İştirakçının orta məktəb müəllimi olması;
• İştirakçının Layihə metodikası biliklərinə malik olması;
• İnformasiya texnologiyalarınan istifadə olunması;
• Müsabiqəyə təqdim olunan layihələrin şagirdlərlə tətbiqi və şagird işlərinin olması;
• Layihə planının təqdim olunması. 
Müsabiqə iki mərhələdən ibarət olacaq. İlkin mərhələdə hər bir iştirakçı peşəkar jürinin qiymətləndirəcəyi layihənin təsvirini təqdim etməlidir. İkinci mərhələdə finalçılar öz layihələrinin təqdimatlarını keçirəcəklər. Finalçılar arasında müsabiqənin qalibləri həm pedaqoji, həm də valideyn jürisi tərəfindən müəyyənləşdiriləcək. Müsabiqənin yekunlarına görə müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblər müəyyənləşəcək. Layihələrin qəbulu 15 avqust tarixində başa çatacaq.
Müsabiqənin Azərbaycan üzrə qalibi ölkəmizi noyabrda Braziliyada keçirilən Ümumdünya İnnovativ Müəllimlər Forumunda təmsil edəcəkdir.
Qeyd edək ki, Azərbaycan müəllimləri bu ilin martında ilk dəfə olaraq Avropa İnnovativ Müəllimlər Forumunda ölkəmizi təmsil etmiş və müsabiqənin yekunlarına görə ilk onluğa daxil olmuşlar.
Müsabiqədə iştirak etmək üçün http://itn-az.spaces.live.com saytındakı anketi və layihə planını doldurmaq və [email protected] ünvanına göndərmək lazımdır.