İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda internet niyə ucuzlaşmır?

14.10.2010 [15:55]

Fontu böyüt:      

Delta-Telecom” provayderlərə trafikin qiymətini 3 dəfə ucuzlaşdırsa da, provayderlər analoji addımı nədən atmadıqlarını necə əsaslandırırlar? Azərbaycanda internet qiymətlərinin yüksək olması haqda çox yazılıb.

“Delta-Telecom” provayderlərə trafikin qiymətini 3 dəfə ucuzlaşdırsa da, provayderlər analoji addımı nədən atmadıqlarını necə əsaslandırırlar?

Azərbaycanda internet qiymətlərinin yüksək olması haqda çox yazılıb. Mövcud qiymətlərin endirilməsi imkanları haqda mütəxəssislər və hökumət rəsmiləri dəfələrlə fikir bildiriblər. Son 2 ildə qiymət ucuzlaşması bir qədər sürətlənsə də, bu proses digər ölkələrə nisbətən daha yavaş getməkdədir və hələ də Azərbaycanda internetin qiymətləri digər ölkələrlə müqayisədə yüksək olaraq qalır.

Ötən il provayderlərə verilən internet tarifinin qiyməti 3 dəfə ucuzlaşdırıldı. Cari ilin əvvəlində də bu qiymətlər 50 fazi aşağı salındı. Bir qədər öncə isə, ölkənin əsas internet təchizatçısı “Delta-Telecom” provayderlərə verilən trafikin qiymətini yenidən 3 dəfə ucuzlaşdırıb. 

Öncəki endirimlər zamanı internet xidməti göstərən prorvayderlər RİTN-in əsas xidmətlərin qiymətlərini aşağı salmadığını qeyd edərək, abonentlərə verilən internetin qiymətini çox cüzi ucuzlaşdırmaqla kifayətlənirdilər. Bu dəfə də eyni mənzərə yaranır.
Beləliklə də, son illərdə ardıcıl olaraq qiymətlər endirilsə də, Azərbaycanda internet xidmətləri hələ də əksər ölkələrdə olan qiymətlərdən bahadır. Məsələn, 1 Mbit/s sürətlə internetə qoşulma imkanının qiyməti başqa ölkələrdə ortalama 5-10 manat olduğu halda, Azərbaycanda 20-25 manatdır, Ukrayna, İngiltərə, İsveçdə isə artıq bu sürətlə xidmət göstərilmir. Sadalanan ölkələrdə internetə qoşulmanın minimal həddi 5-6 Mbit/s-dir, onun qiyməti 20 dollar, digər Avropa ölkələrində isə 30 dollardır, Azərbaycanda isə 100 manat təşkil edir, yəni, ortalama 4 dəfə baha!

Dövlət qiymətin ucuzlaşmasını istəyir

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirir ki,  sentyabrın 1-dən ölkədə internetin qiyməti təxminən 3 dəfəyədək endirilib: \\\\\\Biz istərdik ki, orta qiymətlər Şərqi Avropa, MDB dövlətlərində olan orta qiymətlərə çatsın\\\\\\ - RİTN rəsmisi deyib. 
Əlavə edək ki, bu provayderlərə verilən trifikin qiymətidir, abonentlər isə hələ də köhnə qiymətlə alırlar.
Ölkənin əsas provayderi sayılan “Delta Telecom” şirkətinin texniki direktoru Rahid Ələkbərlinin sözlərinə görə,  provayderlərə təklif edilən internetin qiyməti 3 dəfəyədək endirilib. Provayderlər indiyədək «Delta Telecom»dan aldıqları 1 MB/san internet üçün 275 manatın ödəyirdilərsə, sentyabrın 1-dən etibarən təxminən 110 manat ödəməlidirlər. Bu o deməkdir ki, 2-ci səviyyəli provayderlər də buna uyğun olaraq istifadəçilərə təklif etdikləri internet xidmətlərinin qiymətlərini endirməlidirlər. 

Bəs provayderlər niyə endirim etmirlər? 

İTK mütəxəssisi Rafiq Zeynalovun sözlərinə görə, ötən il Tarif Şurası internet tariflərini 3 dəfə endirəndə provayderlərin də buna uyğun addım atacağına böyük ümid yaranmışdı: “Amma onlar çox çüzi endirim etdilər. Bundan sonrakı endirimlər də cüzi olub və əsasən eyni qiymətə bir az yuxarı sürətin təklif olunması ilə əvəzlənib. Amma real sürət həmişə azı 2 dəfə aşağı olur. Provayderlərə endirimdən 1 aydan artıq vaxt keçib, qiymətlərin aşağı düşməsini istehlakçılar artıq hiss etməli idilər. Lakin hələ ki bu haqda söhbət belə yoxdur. Nəticədə, yenə də Azərbaycanda internet tarifləri yüksək olaraq qalır”. 

Bəs son trafik endirimindən sonra provayderlər 1 Mb/san. interneti istifadəçilərə neçəyə verəcəklər, ümumiyyətlə qiymətlərin bu şəkildə aşağı salınması onları qane edirmi? 

“Avir Tel”in baş direktoru İsmayıl Şabaninin qənaətinə görə, əgər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də özünə aid məsələlərdə endirim etməsə, trafikin qiymətinin aşağı salınması duruma ciddi təsir göstərməyəcək: \\\\\\Çünki provayderlər texniki məsələlərlə bağlı aylıq, birdəfəlik ödəmələr edir, kirayə xərcləri və sair verir ki, bunlar da az vəsait deyil. Ona görə də provayderlərə birdən-birə qiyməti aşağı salmaq çətindir. Sentyabrdan etibarən “Delta Telecom” trafikin qiymətini aşağı saldı. İndi biz gözləyirik görək nazirlik müxtəlif kirayə haqları ilə bağlı hansısa endirim edəcək ya yox. Yəni, hər iki məsələdə qiymətin aşağı salınması bizə arxayın xidmət göstərməyə şərait yarada bilər. Əgər belə olmasa biz qiyməti saxlamalıyıq. Çünki keyfiyyətli xidmət üçün kompaniya maliyyə sərf etməlidir. Ona görə də bizim qiyməti nə qədər aşağı salacağımızı bu məqam müəyyən edəcək” - şirkət rəhbəri deyir. 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) tarifikin qiymətinin aşağı salınmasını Nazirliyin xidməti kimi qiymətləndirirlər. Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüz isə deyir ki, əslində trafikin qiymətinin aşağı salınmasının nazirliyə aidiyyatı yoxdur: “Nazirlik öz ATS-ləri tərəfindən provayderlərdən tutulan kənar haqları ləğv etməli, qanuni haqları isə bir neçə dəfə aşağı salmalıdır. Bu birbaşa Nazirliyin qiymətlərin düşməsi istiqamətində atdığı addım olardı. Ancaq hələ ki, bu, edilmir». 
AİF rəhbəri hesab edir ki, əslində RİTN öz resurslarından istifadə haqqı ilə bağlı hansı endirimləri etməsi və özəl provayderlərin hələ də regionlara niyə gedə bilməməsi barədə məlumatlar da verməsi məqsədəuyğun olardı. 

İnternetin ucuzlaşması yaxşıdır, yoxsa pis? 

O.Gündüz apardıqları monitorinqin nəticələrinə əsasən bildirir ki, internet tariflərinin endirilməsinin bir sıra müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də olur. Müsbət dəyişikliklər sırasında artıq tələblərə cavab verməyən “Dial-up” xidməti istifadəçilərinin bir hissəsinin artıq genişzolaqlı internetə keçidi və bunun nəticəsində bir sıra provayderin artıq çoxdan istifadə etdiyi texniki bazanın modernləşdirilməsinə səy göstərməsi olub. Bu xidmətdə də tariflərin endirilməsinə baxmayaraq, internetə qoşulmanın real sürəti heç də göstərilən sürətə uyğun gəlmir. 

Araşdırmalar nəticəsində məlum olub ki, “Dial-Up” üzrə real sürət Bakı şəhəri üzrə 50-60%, şəhərətrafı rayonlar və Sumqayıt üzrə hətta 70%-dək aşağıdır. Bu da provayderlərin daha çox qazanc əldə etmək məqsədi ilə məsələn, 1 Mbit/s kanalının istifadəçiləri arasında tələb olunan bölgüdən 2-3 dəfə artıq istismarından irəli gəlir. 
Hər endirimdən sonra internetin sürəti bir qədər də azalır. Öncə “Dial-Up” sistemi ilə, yəni ev telefonunun xətti ilə qoşulma zamanı internetin sürəti 40-50 arası idisə, indi bu, 20-30-a düşüb. 
Qeyd edək ki, bu xidmət zamanı ən azı 56 kb internet ödənilməlidir. 

Bundan başqa, bəzi hallarda provayderlərin təqdim etdiyi sürət ATS-lərin xətt imkanlarının məhdudluğundan irəli gəlir. Beləliklə, istər provayderlərin, istərsə də ATS-lərin infrastrukturu böyük həcmdə yüksək sürətli internet xidmətlərinin göstərilməsi üçün texniki tələblərə cavab vermir. 

Ekspertlərin fikrincə, bunun əsl səbəbi bu xidmətlərin artıq internet provayderləri üçün rentabelli olmaması ilə bağlıdır. Provayderlərə böyük həcmli trafikin satılması daha sərfəlidir, nəinki mövcud olan aşağı sürətin qiymətini endirmək. 

Qeyd edək ki, hazırda ölkədə 30-dan çox internet provayderi var. Onların böyük əksəriyyəti ancaq paytaxtda fəaliyyət göstərir. Yeri gəlmişkən, internet provayderlərin 2-i dövlətə məxsusdur. Dövlətə məxsus internet provayderləri \\\\\\Bakinter.net\\\\\\ və \\\\\\Aztelekom.net\\\\\\-dir. Qalan provayderlər müstəqil fəaliyyət göstərir və aralarında rəqabət davam edir. Onların təklif etdiyi qiymətlər təxminən eynidir.

Onu da qeyd etməliyik ki, infrastrukturda dövlətin payı, xüsusi çəkisi hələ də yüksəkdir. Ekspertlərin qənaətinə görə, Azərbaycanda bu sektorda sərbəst, azad rəqabət şəraiti formalaşmalı, lisenziyalaşmadakı nöqsanlar aradan qaldırılmalıdır. Bundan başqa, \\\\\\Elektron ticarət\\\\\\, \\\\\\Elektron imza\\\\\\ ilə bağlı məsələlər də real şəkildə tətbiq olunmalıdır. 

Lakin ölkədə İKT sektorunun inkişafda olduğunu nəzərə alsaq, yaxın zamanda qeyd edilən problemlərin həllini gözləmək olar. Çünki ölkənin qeyri-neft sektorunda ən sürətlə tərəqqi edən sahə məhz informasiya texnologiyalarıdır.

                                                                                                                                            Elçin Bayramlı
                                                                                                                                                   Milli.Az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar