21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın Oğuz rayonunun internet problemi hələ də, davam etməkdədir. İnternet istifadəçilərin sayının kəskin azlığı və internetin müsbət yönlərinin mənimsənilməməsi rayonun artan problemlərindən xəbər verir.
Oğuz mərkəzi poçt idarəsindən Xeberler.az-a verilən məlumata görə, Oğuzda hal-hazırda 114 ADSL istifadəçisi var. Keçən il isə cəmi 24 ADSL istifadəçi mövcud idi. Rayon poçt idarəsindən verilən məlumata görə, rayonda 3 provayder fəaliyyət göstərir. ADSL istifadəçilərindən 24-ü Aztelekom, 86-sı Data+, 4-ü isə Azerdune provayderlərindən istifadə edir.
Rayonda 4 internet klub və cəmi 1 kompüter kursu fəaliyyət göstərir. İnternet klublarda olduğumuz zaman gənclərin internetdən az istifadə etdiklərinin şahidi olduq. Klub rəhbərləri də, bura gələnlərin daha çox oyunlara üstünlük verdiyini açıqladı. Klubda işləyən şəxs bunu internetin keyfiyyətsizliyi ilə əlaqələndirdi. Onun dediyinə görə, müştərilər saytlara normal şəkildə girə bilmirlər, dial up buna imkan vermir, adsl-dən istifadə isə internet klublara sərf etmir, çünki onlar adsl-ə verdikləri pulu qazana bilmirlər. Bir sözlə, Oğuzda internet çox aşağı səviyyədə inkişaf edib, tək-tük insan var ki, keyfiyyətli internetdən istifadə edir.
Rabitə və İnformasiya Texnogiyaları Nazirliyi isə Azərbaycanda internetin keyfiyyətinin çox yüksək olduğunu deyir. Amma görünən odur ki, bu keyfiyyət Oğuz rayonuna sirayət etməyib. 
Xeberler.az saytının regionlardan reportajları davam edəcək.
Əfsələddin Ağalarov, xeberler.az