21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dekabrın 3-də ənənəvi “Bakutel 2014” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı çərçivəsində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Microsoft Korporasiyasının təşkilatçılığı ilə “eGov3.0: İnkişaf meyilləri və yeni imkanlar” mövzusunda Beynəlxalq Forum keçiriləcək.
Forum elektron idarəçilik və elektron hökumət sahəsində müxtəlif dünya ölkələrinin
qabaqcıl təcrübə və innovativ həllərinin, gələcək inkişaf trendlərinin müəyyən
edilməsi sahəsində fikir mübadiləsi üçün platforma kimi çıxış edir.
Forumun əsas məqsədi müxtəlif
hökumət qurumları, ölkə nümayəndələri, xarici və yerli mütəxəssislər, alimlər
arasında təcrübə mübadiləsi üçün zəmin yaratmaqdır. 
Forum zamanı aşağıdakı məsələlər müzakirə edilməsi nəzərdə tutulur:
- E-hökumətin gələcək inkişaf
trendləri;
- İnformasiya cəmiyyətinin
formalaşmasında müasir elektron hökumət həllərinin rolu;
- Vətəndaşyönlü qabaqcıl e-hökumət
həlləri;
- E-idarəçilik və infrastrukturun
təkminləşdirilməsi;
- Biznes, bankçılıq, e-təhsil,
e-ödəmə, e-nəqliyyat və digər qlobal trendlər;