21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
  Gələn ildən etibarən Hewlett-Packard (HP) şirkətinin noutbuklarında daha uzun iş müddətli yeni akkumulyator batareyaları quraşdırılacaq. Yeni batareyalar mövcud modellərlə müqayisədə həmçinin ekoloji cəhətdən daha təmizdir. 
HP və Boston Power şirkətləri tərəfindən birgə işlənib hazırlanmış Enviro adlı həmin batareya, hətta üç ildən sonra belə 80% enerji ilə doldurula bilər. Qeyd edək ki adi batareyalar bu imkana malik deyillər və artıq bir və ya iki ildən sonra öz effektivliklərini itirirlər. Müqayisə üçün qeyd edək ki, müasir akkumulyator batareyasını təxminən 150 dəfə enerji ilə tam doldurmaq mümkündür, Boston Power-in işləyib hazırladığı batareyada isə bu göstərici 1000-nə bərabərdir, Cnews  yazır. 
  HP-nin araşdırmalarının nəticələrində qeyd olunur ki, istifadəçilərin təqribən 40% üç il ərzində noutbuklarında 5 dəfə batareya dəyişirlər, bu zaman hər bir batareyanın qiyməti orta hesabla 150 ABŞ dolları təşkil edə bilər. Yeni batareya isə, adilərindən cəmi 20-30 dollar baha satılacaq. 
  Qeyd edək ki, yeni batareyaların quraşdırılması HP şirkətinin bütün modellərinə aid olmayacaq.
xeberler.az/Ellada