21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Son iki il ərzində internet-trafik 30 sayt ətrafında cəmləşir, Google isə internet-trafikinin ən iri generatoru olub. xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dünya üzrə trafik həcminin 6 faizi məhz bu axtarış servisinin payına düşür.
Bu göstəricilər “Arbor Networks” şirkəti tərəfindən aparılan “Internet Observatory Report” adlı araşdırmanın nəticələrində qeyd olunur. İki il davam edən araşdırma dünyanın 17 ölkəsindən 110 böyük şirkəti əhatə edib. Araşdırmada Miçiqan Universiteti (ABŞ) də iştirak edib.
Ümumilikdə 256 ekzabayt (bir ekzabayt bir milyard qiqabayta bərabərdir) həcmli məlumat təhlil olunub. Son iki il ərzində internetdə olduqca “nəhəng” resurslar yaranıb. Dünya üzrə internet-trafikin üçdə bir hissəsi 30 ən iri saytın payına düşür. Bunların içərisində Facebook, Microsoft və YouTube resursları da var.
100 iri şəbəkə trafikin 60 faizindən çox hissəsini cəlb edir.
Qeyd edək ki, 2007-ci ildə internet-trafik daha bərabər bölünüb, onun yarısı 15 min iri saytın payına düşüb.