21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Google-nin istifadəçilərinə təqdim etdiyi köməkçi xidmətlərin sayı-hesabı yoxdur. Google-nin birdən çox xidmətlərindən istifadə edənlər üçün “GoogSysTray” adlı proqram çıxardılıb.
Əgər siz də Google-nin birdən çox xidmətini istifadə edirsinizsə, tez-tez birindən o birisinə keçərək yeniliklərə nəzarət etmək vaxtınızı alırsa, bu proqram sizin köməyinizə gələcək. “GoogSysTray” proqramı ilə istifadə etdiyiniz xidmətləri tək bir yerdən idarə edə bilmə imkanınız olacaq.
Həm Windows, həm də Linux distributivlərində işləyən GoogSysTray-ı kompüterinizə yüklədikdən sonra ilk olaraq Google hesab məlumatlarınıza girmək lazımdır. Bundan sonra vasitə çubuğunda işə başlayan tətbiq sizin yerinizə sıx istifadə edilən bəzi Google xidmətlərinə avtomatik olaraq nəzarət edəcək.
GoogSysTray ilə Gmail hesabını idarə etməklə yanaşı, Google Reader hesabınız ilə də izlədiyiniz RSS –i asanlıqla görə biləssiz. Google Voice dəstəyi də olan proqram, Google Waves-i də idarə edə bilir.
Google-nin xidmətlərini bir yerdən idarə etmək istəyənlər GoogSysTray-ı bu linkdən yükləyə bilərlər.