21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Azərbaycan Respublikası prezidentinin dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədi ilə 07 mart 2014-cü il tarixli sərəncamından irəli gələn vəzifələrin icrasına həsr olunmuş kollegiya iclası keçirilib.
Kollegiyada sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə hazırlıq, qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlar, eyni zamanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin hazırlanması, strukturunun formalaşması, ştat vahidi, işçilərinin say tərkibinin müəyyən edilməsi ilə bağlı məsələlərmüzakirə edilib.
İclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov RYTN-in strukturuna daxil olmayan tabeliyindəki birlik və müəssisələrdə bazar iqtisadiyyatının və innovativ inkişafın tələblərinə uyğun struktur islahatlarının aparılması, işçilərin sayının iş həcminə uyğunlaşdırılması istiqamətində təkliflərin hazırlanması ilə bağlı tapşırıqlar verib.
Bu məqsədlə İşçi Qrupu yaradılaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla, qısa müddət ərzində təkliflərin hazırlanması prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi məqsədəuyğun hesab olunub. Kollegiya iclasında hazırlıq mərhələsinin gedişatı ilə bağlı mütəmadi müzakirələrin aparılması da qərara alınıb.(İctnews)