21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
CATEL şirkətinin bütün müştəriləri üçün xidmətlərdən istifadə imkanı tam bərpa olunub. Yeni xidmətlərin və texnologiyaların tətbiq edilməsi ilə əlaqədar olaraq, bir neçə gün ərzində davam edən texniki problemlər şirkətin mütəxəssislərinin gərgin işi nəticəsində aradan qaldırılıb. Trend-in məlumatına görə, bu barədə CATEL-in çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Aprelin əvvəlində CATEL rabitə operatoru şəbəkəsindəki ciddi nasazlıq CDMA standartı üzrə işləyən telefon sahiblərinin (417, 418 və 415 indeksli nömrələr, eləcə də Fonex şəbəkəsi - 040 zona şifrəsi altında başlayan nömrələr) şəbəkədən ayrılmasına gətirib çıxarıb.
Hazırda operatorun şəbəkəsinin abonentlərinin ümumi sayı 70 minə yaxındır, bunun təxminən 60 mini CDMA simsiz rabitə abonentləridir.
Şirkət həmçinin, simsiz rabitə şəbəkəsinin paytaxt və regional şəbəkəsinin genişləndirilməsi üzrə işlər həyata keçirir. CATEL-in əhatə dairəsinə Abşeron yarımadası, o cümlədən Bakı, Sumqayıt, Səngəçal, Ələt, Kürdəmir, Ucar, Şirvan, Göyçay, Mingəçevir, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Dəvəçi, Nabran, Xudat, Quba, Qusar, Xaçmaz, Lənkəran, Astara ilə yanaşı Masallı daxildir.
CATEL şirkəti öz abonentlərinə 800 MNz diapozonunda fəaliyyət göstərən CDMA 2000 1X mobil standartında mobil xidmətlər göstərir. CDMA standartı DSL genişzolaqlı çıxışa alternativdir və xüsusilə naqil çəkilişinin qiymətinin səmərəsiz yüksək olduğu ucqar rayonlarda əhalinin informasiyalardan (eləcə də İnternetdən) istifadəsini asanlaşdırmağa imkan verir