21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
BarKamp (BarCamp) İnternet texnologiyaları, resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edən İnformasiya Texnologiyaları və Müasir Media qeyri-Konfransıdır (onun qeyri-rəsmi, mehriban ah-havasını vurğulamaq üçün qarşısına “qeyri” sözünü əlavə edirik). Bu unikal konfrans məhz iştirakçıların özləri tərəfindən hazırlanan açıq təqdimatlardan, mühazirələrdən, hesabatlardan, master-qruplardan ibarətdir.
“BarKamp Azərbaycan 2008” qeyri-konfransının keçirilməsi 29-31 avqust tarixlərinə planlaşdırılmışdır. Bu qeyri-Konfransda İT-nin və Müasir Medianın ən müxtəlif istiqamətlərindən olan 100-120 mütəxəssisin eləcə də bu sahə ilə yaxından maraqlananların iştirakı gözlənilir. Onlar İnternet mühitinin qurucuları, stabil istifadəçiyə malik sayt, bloq, resurs sahibləri, yazanlar-pozanlar və istifadə edənlərdirlər.
Tədbirin əsas məqsədləri:
• Azərbaycanda yeni İnternet və media layihələrinin inkişafını stimullaşdırmaq; 
• İT və Müasir Media mütəxəssisləri arasında təcrübə mübadiləsi; 
• Son İnternet texnologiyaların tətbiqini stimullaşdırmaq; 
• İT və Müasir Media problemlərinin, inkişaf perspektivlərinin müzakirəsi. 
Təqdimatlar (mühazirələr, hesabatlar, master-klaslar, çıxışlar, diskussiyalar və s.) eyni zamanda 3-4 sessiyada davam edəcəkdir. konfransda Azərbaycan və Rus dillərində 50-ə yaxın təqdimatın olacağı gözlənilir.
Konfransın daha bir maraqlı hissəsi “Əməkdaşlıq yarmarkası”-dır. Burada siz öz layihələrinizə tərəfdaş, şirkətinizə mütəxəssis axtara, eləcə də xidmətlərinizi təklif edə biləcəksiniz. BarKamp olaraq biz Əməkdaşlıq Yarmarkasına investorların və fondların cəlb olunması üzərində də işləyirik.
Beləliklə, İlk BarKamp Azərbaycan gəlir! Gələcəkdə isə bu tədbirin Ölkəmizdə hər il keçirilməsi nəzərdə tutulur.