21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dilmanc layihəsinin rəsmi saytında Azərbaycan dili üçün ilk mətnin səsləndirilməsi proqramının demonstrasiya variantı yerləşdirilib. Sayta daxil olmaqla (http://www.dilmanc.az) hər hansı bir mətni daxil edərək, onun səsli oxunuşuna qulaq asmaq mümkündür. Bu proqram vasitəsilə istifadəçilər məktublara, xəbərlərə, kitablara və digər informasiyaya gözləri yormadan və işdən ayrılmadan qulaq asa biləcəklər. 
Gələcəkdə bu proqram mətnin oxunuşunu həmçinin mp3 formatında yadda saxlamağa imkan verəcək ki, bununla da lazımlı informasiyaya pleyerdə, telefonda, avtomobildə gedərkən və s. hallarda qulaq asmaq mümkün olacaq. Qeyd edək ki, nümayiş etdirilən proqram ilk versiyadır və keyfiyyətinin artırılması üzərində işlər gedir.
Layihə rəhbəri t.e.n. Əbülfət Fətullayev Qaynar.info-ya deyib ki, bu proqram Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyilə yaradılacaq telefon-tərcüməçi sisteminin komponentlərindən biridir. Telefon-tərcüməçi sistemilə telefon danışığının bir dildən başqa dilə avtomatik tərcüməsi həyata keçiriləcək və beləliklə, əcnəbilərlə telefonda danışmaq çox asan olacaq. Layihə çərçivəsində həmçinin Dilmanc tərcümə sisteminin keyfiyyətinin artırılması və Azərbaycan dili üçün ilk nitqin tanınması sisteminin (mikrofona deyilən şifahi nitqi yazıya çevirən proqram) yaradılması üzərində işlər davam etdirilir