21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dünyanın məşhur texnologiya şirkətlərindən biri olan Xerox, yeni bir kağız növü istehsal edib. Rəqəmsal Sintetik Kağız (Digital Synthetic Paper) adı verilən bu kağız növü, digər kağızlardan fərqli olaraq, cırılmır, su keçirmir, nəmə və yüksək istiliyə davamlıdır. Ləkələnəndə əski ilə təmizlənilə bilir.
Plastik əsaslı quruluşu olan Xerox-un dijital sintetik kağızı, həm ənənəvi həm də dijital nəşr üçün problemsiz bir şəkildə istifadə edilə bilir. İstər qara-ağ, istərsə də rəngli sistemdə nəşr edilə bilən bu kağızın istifadəsi mətbəə və nəşr mərkəzləri üçün çox asandır. Xeroxun dijital sintetik kağızı, cırılmayan və asanlıqla silinə bilən xüsusiyyəti sayəsində, nəşr sonrası kağızların köhnəlməsini və çirklənməsini önləmək üçün edilən laminasyon (örtmə) əməliyyatını aradan çıxardır.
Görülən işləri və xərci azaldır, zamana qənaət edir. Ağırlığı 125 ilə 510 qram arasında dəyişən, qalınlığı da 95 mikrondan 350 mikrona qədər olan dijital sintetik kağız yemək menyusu, məhsul kataloqu, diplom, sənəd və başqa vasitələrin hazırlanmasında istifadə edilə biləcək.
Hazırda ABŞ-da və Qərbi Avropada satışa çıxarılan bu kağız növünə maraq artmaqdadır. Kütləvi olaraq pərakəndə, avtomobil, sağlamlıq, təhsil kimi müxtəlif sektorlarda istifadə edilməsi planlaşdırılır.