21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
IBM şirkəti ənənəvi olaraq ilin sonu ərəfəsində yeni Next Five in Five – növbəti 5 ildə insanların həyatlarını tamamilə dəyişmək imkanına malik texnoloji sahənin beş inkişaf istiqamətlərindən ibarət siyahısını təqdim edib.
Belə ki, IBM ekspertlərinin fikrincə, növbəti beşillikdə mobil qurğular “daha personal” olacaq, yəni sahiblərinə onların gündəlik həyatlarında daha çox yardım etmək qabiliyyətində olacaqlar. Mütəxəssislər naviqasiya və LBS-həlləri (istifadəçinin olduğu yer haqqında məlumat emal etmək imkanına malik mobil həllər) bazarında da nəzərəçarpacaq qədər dəyişikliklərin baş verəcəyini düşünür. Smartfonlar nəinki hərəkət zamanı optimal marşrut barədə bildirmək, həmçinin istifadəçinin istiqamətləndiyi ofis və ya mağazanın yanında avtomobilini saxlamaq üçün boş yerlər haqqında da lazımi informasiyanı təmin edə biləcəklər. 
 
Beş il ərzində fəzada optik cihazsız görünən üçölçülü təsvir yaratmaq imkanına malik ilk kommersiya sistemləri ərsəyə gətiriləcək. IBM-in hesabatında bu texnologiya üçölçülü qoloqrafiya adlandırılıb. Alimlər bildirir ki, burada söhbət düz səthdə formalaşdıran relyef effektindən (qeyd edək ki, hazırda müasir 3D-televizorlar və digər bu kimi qurğularda məhz bu cür texnologiya tətbiq edilir) deyil, həqiqətən də üçölçülü obyektlərdən gedir. Proqnozlaşdırılır ki, stasionar proyektorlar, hətta smartfonlar belə holoqram çıxarmaq imkanları ilə təchiz olunacaq. Misal üçün, mobil telefonla danışarkən istifadəçi xəttin qarşı tərəfindəki müsahibini üzbəüz olduğu kimi görə biləcək. Bununla belə, alimlər bu texnologiyanın beş ilə və ya daha çox vaxta ərsəyə gətiriləcəyini dəqiqləşdirmir. 
 
IBM-in hesabatında portativ enerji təchizatı sahəsində də islahatların baş verəcəyi qeyd olunur. Bir qayda olaraq akkumulyator batareyalarının tutumu ildə 7 faiz artır. Növbəti beş ildə isə qurğuların avtonom iş rejimini 10 dəfə artıracaq batareyaların yaradılacağı bildirilir. Qeyd olunur ki, bu, yeni enerji hasilatı üsullarının işlənib hazırlanması hesabına mümkün olacaq. 
 
Mütəxəssislərin fikrincə, gələcək beş ildə təşkilatlar, eləcə də dünyanın ayrılıqda hər bir sakininin ətraf mühitə yanaşma məsuliyyəti də artacaq. Dünyada sayı daim artan superkompüterlərin su ilə soyudulma sisteminə keçiddən sonra, burada yaranan isti su, binaların isidilməsi üçün istifadə ediləcək, bu isə emal olunmuş enerjinin daha səmərəli istifadəsinə şərait yaradacaq. 
 
Növbəti beş ildə elmi tədqiqatlarda iştirak etmək üçün alim olmağa ehtiyac olmayacaq. Smartfon, məişət texnikası, avtomobil və s. avadanlıqlarda tətbiq edilən modulların köməyi ilə istifadəçi toplanılmış statistik məlumatları bu və ya digər aidiyyəti elmi mərkəzlərə göndərə biləcək. Nəticədə mütəxəssislər insanların fəaliyyətini, eləcə də cəmiyyətdəki tendensiyaları daha yaxşı öyrənə bilər. IBM-də hesab edirlər ki, bu cür məlumatın ötürülməsi hər hansı təhlükə yarada bilməz. Çünki bu cür informasiyada şəxsi bilgilər olmayacaq və istifadəçi onların təyinat nöqtəsini özü seçəcək. 
 
Qeyd edək ki, IBM-in bundan əvvəlki proqnozları özünü tam doğrulmasa da, texnoloji sahənin inkişafı ilə əsasən uyğunluq təşkil edirdi.