21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dünya Azərbaycanlılarının televiziyası kimi fəaliyyətə başlayan "Can Azərbaycan" (http://www.canaz.tv) televiziyasının təqdimatı keçirilib. Təqdimat mərasimi çərşənbə axşamı Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirilib.
"Azərbaycan diasporunun təşkili və gücləndirilməsi Azərbaycan dövlətinin əsas qayğılarındandır. "CanaZ" TV-nin əsas məqsədi dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları bir ideya altında birləşdirməkdir". Bu barədə təqdimat mərasimində çıxışı zamanı kanalın Azərbaycan nümayəndəliyinin rəhbəri Ramiz Əsgər bildirib.
"CanaZ" TV-nin təsisçisi Camal Mehmethanoğlu bildirib ki, 2011-ci ilin yanvar ayından etibarən kanal peyk vasitəsilə yayımlanacaq.
"CanaZ" TV ümumilikdə siyasəti işıqlandırmır, lakin Azərbaycan xalqının iki milli məsələsi, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız və Dağlıq Qarabağ münaqişəsi sona qədər "CanaZ" TV-nin əsas qayğılarından olacaq", - Mehmethanoğlu əlavə edib.
Tədbirdə çıxış edən digər şəxslər belə bir kanalın yaradılmasının əhəmiyyətini vurğulayıblar.