Azərbaycan İnternet Forumu 31 oktyabr Park INN otelində Azərbaycan İnternet İdarəçiliyi Forumu mövzusunda Milli Konfrans keçirilmişdir.
 USAID və IREX Azərbaycann dəstəyi ilə baş tutan konfransın məqsədi 6-9 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək beynəlxalq Internet Governance Forum (İnternet İdarəçiliyi Forumu) ərəfəsində milli İnternet infrastrukturun vəziyyəti ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır. 
Azərbaycan İnternet Forumu 31 oktyabr Park INN otelində Azərbaycan İnternet İdarəçiliyi Forumu mövzusunda Milli Konfrans keçirilmişdir.
 USAID və IREX Azərbaycann dəstəyi ilə baş tutan konfransın məqsədi 6-9 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək beynəlxalq Internet Governance Forum (İnternet İdarəçiliyi Forumu) ərəfəsində milli İnternet infrastrukturun vəziyyəti ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır.
Konfransda milli İnternet infrastrukturunda son dövrlərdə əldə olunan uğurlar və problemlər  ətrafında müzakirələr aparılıb. Panel sessiya və müzakirələrdə dövlət, özəl qurumlarından və vətəndaş cəmiyyəti təşkilatlarından ekspertlər iştirak etmiş və müxtəlif mövzularla bağlı çıxışlar etmişlər.
Konfransda AİF, RİTN, IREX, Microsoft Azərbaycan, Milli Məclisdən  ekspertlər müxtəlif sessiyalarda təqdimatlar ediblər.
İREX-Azərbaycanın rəhbəri 
Angela Nicoara bu qurum tərəfindən həya keçirilən proqarmlarla bağlı , RİTN şöbə müdiri İ
sfəndiyar Əliyev Azərbaycan İnternetində yeni layihələr  və kontent məsələsi ilə bağlı ,  AİF prezidenti 
Osman Gündüz onlayn şəffaflıq, açıq hökumət təşəbbüsləri və elektron hökumət quruculuğu və İnternetə giriş imkanları haqqında, AİF üzvü 
Vahid Qasımov Milli domen zonasının genişləndirilməsi yolları,  İREX-dən 
 Fuad Salmanov Azərbaycan Yeni media Layihəsi, IREX Kənd yerlərində internetə çıxış imkanları və perspektivləri mövzularında çıxışlar etmişlər.
Microsoft Azərbaycan qurumundan 
Emin Axundov, RİTN şöbə müdiri 
Bəxtiyar Məmmədov, Milli Məclisin sektor müdiri 
Rəşad Əzizov, AİF üzvləri  
Rəşad Əliyev və İlqar Mirzə, İREX –n proqram rəhbəri və AİF üzvü 
Ələsgər Məmmədli müvafiq olaraq informasiya təhlükəsizliyi, uşaqların internetdə təhlükəsizliyi, sosial media və biznes, kibercinayətkarlıq mövzularında təqdimatlarla çıxış etmişlər.
Çıxışlarda Create şirkətinin rəhbəri 
Ayaz Quliyev,  Delta Telekom şirkətinin texniki direktoru 
Rahid Ələkbərli , AİF üzvü–weboxu.com rəhbəri 
Şaiq Muradov, Milli Məclisin əməkdaşı 
Yaşar Əməşov, Media Hüququ İnstitutun  rəhbəri 
Rəşid Hacılı, BTRİB –in direktor müavini 
Xankişi Kişiyev, Media Forum saytının  baş redaktoru 
İsmayıl İsmayılov, Təhsil Nazirliyinin əməkdaşı 
Akif Əliyev, İNTRANS şirkətinin direktoru 
Faiq Fərmanov, Tələbə.az resursunun redaktoru Mürsəl Əliyev və digərləri çıxış ediblər. Çıxışlarda Azərbaycan İnternetindəki mövcud vəziyyət, uğurlar və problemlər , bu problemləri yaradan səbəblər və onların aradan qaldırılması istiqamətində təkliflər və rəylər səsləndirilib.
Yekun olaraq RİTN-nin şövə müdiri İsfəndiyar Əliyev, İREX-dən Angela Nicoara və AİF –in prezidenti Osman Gündüz çıxış edərək müzakirə edilən mövzularla bağlı  münasibətlərini bildiriblər
Çıxışlarda tədbirin faydalı və əhəmiyyətli olması, dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın güclənməsi istiqamətində təkan olacağı vürğülanıb. Həmçinin bu Konfransın qarşıdan gələn Beynəlxalq İnternet İdarəçiliyi Forumuna cəmiyyətin diqqətinin artırılması sahəsində müsbət rolu qeyd olunub.
 Tədbirdə  AİF tərəfindən hər il bütün maraqlı tərəflərin iştirakı ilə belə bir Forumun keçiriləcəyi vurğulanıb.
 Xatırladaq ki, AİF bir müddət öncə beynəlxalq IGF tədbiri ilə bağlı ölkənin bütün maraqlı tərəfləri üçün müraciət qəbul etmişdir.
http://www.facebook.com/media/set/?set=a.170049686467916.39242.159001754239376