21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması dövlət proqramı” çərçivəsində ümumtəhsil məktəblərinin 15 mindən artıq müəllim təhsildə İKT-nin tətbiqi üzrə treninqlərdə iştirak ediblər.
“Mədəd” humanitar ictimai birliyinin direktoru Elbrus Zərbəliyevin sözlərinə görə, ilin sonunadək ümumilikdə 17,1 min müəllimin treninqdən keçməsi planlaşdırılır.
Təhsil sisteminin pedaqoji heyətinə tədris prosesində informasiya-komunikasiya texnologiyalarından effektiv istifadə etməsi üçün mövcud 2 kurrikulum - Rİ-SOL “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmiləşdirilməsi” və İntel “Gələcək üçün Təhsil” təlim vəsaitləri əsasında treninqlər keçilib.
Treninqlər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan, Lənkəran, Balakən, Zaqatala, Hacıqabul, Sabirabad, Salyan, Kürdəmir, Qəbələ, İsmayıllı, Yevlax, Tərtər, Bərdə, Beyləqan, Ağcabədi, Göygöl, Ağstafa, Qazax, Qax, Şəki, Xızı, Xaçmaz, Siyəzən, Quba, Qusar, Neftçala, Cəlilabad, Biləsuvar, Ucar, Saatlı və Ağdaşda üzrə yaradılmış 75 təlim mərkəzində keçirilir.
E.Zərbəliyev bildirdi ki, Dövlət proqramı çərçivəsində 2009-cu ilin sonunadək təhsil sistemində çalışan 4 min nəfər inzibati-idarəetmə heyətinə təlimlərin keçirilməsi planlaşdırılır və təlimlər hazırda davam edir.
Qeyd etmək lazımdır ki, Dövlət proqramı çərçivəsində indiyədək 30 mindən artıq müəllim təhsildə İKT-nin tətbiqi üzrə treninqlərdən keçib.