21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan muzeylərdə əsaslı işlər aparılır. Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hal-hazırda Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə N.Nərimanovun ev muzeyində təmir işləri gedir.
Təmirdən sonra muzeyin bədii tərtibatının müasir tələblərə uyğunlaşdırılması məqsədilə ekspozisiya yenidən qurulacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə isə M.S.Orudbadinin ev muzeyinin ekspozisiyası yenidən qurulur.
Muzeyin yaranmasının 30 illik yubileyi ilə əlaqədar cari ilin noyabr ayının 1-də ekspozisiyanın açılış mərasimi nəzərdə tutulub. Məlumatda bildirilib ki, tarixi-mədəni irsin, maddi mədəniyyət nümunələrinin qorunması, onların geniş miqyasda təbliği məqsədilə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin muzey işi sahəsində apardığı sistemli islahatların nəticəsi olaraq muzey fondlarının elektron kataloqları artıq hazırdır.
Mərkəzləşdirilmiş muzey-informasiya şəbəkəsinin yaradılması üçün muzeylər kompyuter və muzey işinə dair müxtəlif elektron proqramlarla təchiz edilib.
Azərbaycanda ilk dəfə olaraq, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan 7 muzeyin (N.Nərimanovun ev-muzeyi, M.S.Ordubadinin ev-muzeyi, Dövlət Din tarixi muzeyi, C.Cabbarlının ev-muzeyi, C.Məmmədquluzadənin ev-muzeyi, Ə.Əzimzadənin ev-muzeyi, H.Əliyev muzeyi) veb saytları hazırlanaraq, cari ilin sentyabr ayında təqdim olunacaq.