21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Oktyabrın 23-də Mətbuat Şurasının Konfrans Zalında Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təşkilatçılığı ilə “KİV-in menecment problemləri-reallıqlar və çıxış yolları” mövzusunda dəyirmi masa keçirilib. Qaynar.info-nun verdiyi xəbərə görə, JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, dəyirmi masa KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirilən “Media biznes iqtisadiyyatı sahəsində müasir dünya təcrübəsinin Azərbaycanda tətbiqi” adlı layihə çərçivəsində baş tutub.
Ələsgərli qeyd edib ki, 4 ay müddətində həyata keçiriləcək layihədə Azərbaycan KİV-inin menecment və marketinq problemləri, KİV-in investisiya layihələrinə təsir imkanları araşdırılacaq və bu sahədə müvafiq təkliflər irəli sürüləcək. Onun sözlərinə görə, bu məqsədlə yerli mühit araşdırılmaqla yanaşı, müvafiq sahə ilə bağlı beynəlxalq aləmdə ortaya çıxan yeniliklər də öyrəniləcək və onların Azərbaycanda tətbiqi üçün fəaliyyət qurulacaq: “Məqsədə nail olmaq üçün beynəlxalq jurnalist təşkilatlarının imkanlarından da istifadə olunacaq. Artıq JuHİ-nin təmsilçisi olduğu Beynəlxalq Jurnalistlər Federasiyası ilə bu sahədə məsləhətləşmələr aparıb. Əməkdaşlıq üçün razılığı alınan təşkilatlarla menecment və marketinq sahəsində bilgi almaq ehtiyacı olan KİV-lərin birbaşa əlaqəsini yaratmaq da mümkün olacaq”.
Tədbirdə çıxış edən DJL sədri Yadigar Məmmədli, ekspert Azər Həsrət, BDU-nun jurnalistika fakültəsinin müəllimi Aydın Dadaşov və digərləri mövzu ilə bağlı dəyərli fikirlər səsləndiriblər. Yekun rəy bundan ibarət olub ki, Azərbaycan mediasında menecment və marketinq sahəsində ciddi yeniliklər aparılmasına ehtiyac var və bu yeniliklər aparılmayınca, KİV-in inkişafı mümkün olmayacaq.