21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Facebook, işçilərinə puldan çox səhm verir. İşçilər böyük dəyəri olan bu səhmləri əllərində saxlamaq istəyirlər. Ancaq pula ehtiyacı olanlar da var. Facebook bu işçilərə səhm qarşılığı olaraq ödəniş edəcək. Ancaq bu ödənişi öz cibindən etmir.
Facebook CEO-su Mark Zuckerberg bunun necə olacağını açıqlayır. Hissələr Rus sərmayə firmasına satılacaq. İşçilər özlərinə düşən hissələri bu firmaya razılaşma ilə satacaqlar. Rusiyadan Digital Sky Technologies may ayında heç olmasa 100 milyon dollarlıq hissəni alacağına söz vermişdi. Bununla da Facebook-un dəyəri 10 milyard dollara çıxırdı.
Wall Street Journal, Facebook üçün 6.5 milyard dollar dəyər vermişdir. Bu da hər hissə üçün 14.5 dollar edir. Facebook hissələrinin bir qisiminin əvvəlcə bir sərmayə şirkətinə satılması bir neçə baxımdan əhəmiyyətli bir inkişafdır.
Google və Yahoo kimi nəhənglərlə reklam sahəsində rəqabət aparan Facebook çoxdandır sərmayəçilərin diqqətini çəkir. Facebook-a nə qədər dəyər vermək isə problem olaraq qalır. 200 milyondan çox aktiv istifadəçisi olan Facebook, səhmləri birja üçün açıq elan edəndə Rus firmasına satılan qiymətlər əsas olacaq.
Qeyd edək ki, 2007-ci ildə Microsoft 240 milyon dollar sərmayə qoyaraq Facebook-un 1.6 hissəsinə sahib olmuşdu.