21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Rusiyada hələ heç kəs efir və kabel versiyası olmayan xəbər telekanalı yaratmamışdı”. Bu sözləri New Media Stars korporasiyasının, prezidenti ( Russia.ru telekanalını təsis edən) Dmitriy İçkov deyib. On-laynda olan bütün layihələrin və videokontentlərdə ixtisaslaşmaya meylli olanların ciddi xəbər xidməti yoxdur. Xəbərlərlə real işləyən on-layn Kütləvi İnformasiya Vasitələri videonu yalnız mətn kontentinə əlavə “fişka” kimi istifadə edirlər”.
Təxminən iki il əvvəl yaranmış Russia.ru telekanalı internetdə videoya yeni yanaşma tərzini göstərdi. Russiya.ru internet telekanalına kimi Rusnetdə öz müstəqil videoçarxları hesabına formalaşan heç bir vəsait yox idi. Demək olar ki, bu model özünü doğrultdu və yeni addım atmağa imkan verdi. Yeniləşdirilmiş Russia.ru saytı əvvəlki versiyadan tam fərqlənir. Əvvəl publisistik və əyləncəli videoçarxlar yayırdı. İndi isə Russia.ru -mükəmməl Kütləvi xəbərlər vasitəsidir. O videonun köməyi ilə operativ xəbər çatdırma şəklini saxlamağı planlaşdırır və istifadəçilərə aktual hadisələrə münasibətdə bir yenilik təklif edir. Bu mənada Russia.ru publisistik əyləncəli proqramlar və seriallar təklif etmək fikrindədir.
Saytın daim haqqında sujetlər verilən öz qəhrəmanlar qalereyası yaranıb. Bu ölkənin birinci dərəcəli şəxsləri Dmitriy Medvedyev və Vladimir Putindir. Məşhur yazıçılar Serqey Lukyanenko və Dmitriy Qluxovskiy, müğənni Valeriya, duet “Tatu, “Miss Rusiya” Viktoriya Lopıreva, repçilər “Kastı” və və bir çoxlarını bu siyahıya daxil etmək olar. İndi pərəstişkarlar öz sevimli şou biznes ulduzlarnın həyat və yaradıcılıqlarını internet- televiziyasının köməyi ilə izləyə bilərlər. Dimitri İçkov qeyd edir ki, “Russia.ru Rusiyanın bütün bölgələrindən olan müxbirlərdən xəbərlər, məlumat alan ilk intenet telekanalıdır. Biz peşəklar və peşəkar olmayan müxbirlərdən verilən xəbərləri , qeyri-adi videoçarxları almağa hazırıq”.