21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün “Gülüstan” sarayında prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimi keçirilib. Tədbirdə bildirilib ki, RUH Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatının qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib. Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak edib. Respondentlərdən “2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?” sualını cavablandırmaq xahiş edilib. Sorğuda iştirak edən KİV-lərin 81 faizi prezident İlham Əliyevi “Jurnalistlərin dostu” mükafatına ən layiqli namizəd hesab edib.
Sonra mükafat prezident İlham Əliyevə təqdim edilib. Dövlət başçısı mərasimdə çıxış edib.
Qeyd edək ki, 1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə 2002-ci ildə ümummilli lider Heydər Əliyevə təqdim olunub.
Mərasimdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Bundan başqa, 31 qəzet redaksiyasına və 8 informasiya agentliyinə birdəfəlik yardımlar təqdim olunub.