21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti ilk azərbaycanlı təyyarəçi qadın Leyla Məmmədbəyovanın 100 illiyinə həsr olunmuş yeni marka təqdim edib.
Şərqin ilk qadın təyyarəçisi kimi tanınan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Yetkinlik yaşına çatmamış dörd uşaq anası (uşaqlarının sayı cəmi altı nəfər idi) mayor Məmmədbəyovanın Böyük Vətən müharibəsində iştirakından imtina edildi. Aeroklubun bağlanmasına görə o, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə almışdır. O, müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollamışdır.
Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. L. Məmmədbəyova təyyarəçi karyerasını 1949-cu ildə son uçuş ilə başa çatdırmışdır. 100 tirajla buraxılmış markaların nominal dəyəri 20 qəpik təşkil edir.