21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
 Microsoft şirkəti Internet Explorer brauzeri ilə işləyən kompüterlərə xakerlər tərəfindən hücum halların kəskin sürətdə artmasını qeyd edir. İlk hücumlar dekabr ayının 13-də axşam saatlarında müşahidə olunub ki, həmin vaxt ekspertlər tərəfindən 6 minə yaxın xaker hücumuna məruz qalmış kompüter qeydə alınıb. 
Hücum üçün bədəməl istifadəçilər Internet Explorer-də açıq olan zəif nöqtədən istifadə edirlər.    Microsoft nümayəndələrinin sözlərinə görə, bu zəif nöqtə verilənlərin emalı sistemi ilə bağlıdır. Onun istismarı üçün kod ilk dəfə ötən həftə Çin saytlarında təqdim olunmuşdur. 
   Qeyd edək ki, zəif nöqtələr Internet Explorer 5.01-dən tutmuş Internet Explorer 8 Beta 2-yə kimi Microsoft-un bütün brauzer versiyalarında mövcuddur. Bu zəif nöqtənin idarə olunmasını təmin edən zərərli kod, əvvəlcə yalnız pornoqrafik resurslarda olmasına baxmayaraq, hazırda təhlükəsiz hesab olunan saytlar vasitəsi ilə də yayılır. 
   Hazırda Microsoft bu zəif nöqtənin aradan qaldırılması üzərində işləyir, lakin bunun nə vaxt baş tutacağı barədə məlumat yoxdur. Yalnız Internet Explorer üçün yenilənmələrin plan buraxılışının 2009-cu ilin yanvar ayına planlaşdırılması bildirilir.   
xeberler.az/Ellada