21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın ilk CDMA operatoru olan “CATEL” şirkəti “FONEX” ticarət nişanı ilə bağlı yeni marketinq kampaniyası keçirir. 
Şirkətin baş ofisindən “APA-ECONOMICS”ə verilən məlumata əsasən, kampaniya çərçivəsində hər 75 manata telefon alan abunəçi pulsuz qoşulma imkanı əldə edəcək. Kampaniya üçün 13 manat dəyərində olan 215 indeksli 1 min ədəd adi nömrə ayrılıb. Aksiya bu ilin ortalarına kimi davam edəcək.
Şirkətin keçirdiyi digər – “Qızıl nömrə” kampaniyası isə mart ayının sonunadək davam edəcək. Bu kampaniya dekabrda başlayıb və bu ilin əvvəlində onun müddəti uzadılıb. Aksiya çərçivəsində 300, 200, 150, 100, 75 manat dəyərində olan nömrələri 50% endirimlə əldə etmək olar. 
Qeyd edək ki, 1997-ci ildə yaradılan “CATEL” şirkəti WLL abonentlərinə FH-CDMA standartında simsiz rabitə xidmətləri, eləcə də mobil rabitə abonentlərinə 3G CDMA standartında rabitə xidmətləri göstərir. “CATEL” Azərbaycanda müştərilərə dayanıqlı və yüksək keyfiyyətli telefon, faksimil, İSDN, İnternet və Data xidmətləri göstərən ilk stasionar simsiz rəqəmsal telefon şəbəkəsi qurub. 
Xatırladaq ki, 2007-ci ilin aprel ayında şirkət CDMA2000 standartında mobil xidmətlər göstərmək məqsədilə telekommunikasiya bazarına “FONEX” ticarət nişanını çıxarıb.