21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Stasionar telefon rabitəsindən istifadəyə görə dəqiqə hesabı ödəniş sistemi təklifi narahatlıq doğurur
Bakı şəhərində stasionar telefon rabitəsindən istifadəyə görə dəqiqə hesabı ödəniş sistemi tətbiq etməyə hazırlaşan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hazırladığı layihədə abunəçilərə ayda 450 dəqiqə pulsuz vaxtın verilməsi, bundan sonrakı hər dəqiqə üçün danışıq haqqının hesablanması təklif olunur. Ümid Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, məsələ Ümid Partiyasının İqtisadi Siyasət Komissiyasında geniş müzakirə olunub. Həyata keçirilməsi nəzərdə tutulan islahatlarla bağlı aparılan müzakirələr zamanı bu islahatlardan daha çox əhalinin aztəminatlı təbəqəsinin əziyyət çəkəcəyi qənaətinə gəlinib. Ümid Partiyasının İqtisadi siyasət komissiyasının adından yayılan açıqlamada qeyd olunur ki, stasionar telefon rabitəsindən istifadəyə görə tətbiq ediləcək limit ilk növbədə ölkədə kiçik sahibkarlığın daha da ağır duruma düşməsinə səbəb olacaq.
Açıqlamada vurğulanır ki, xüsusilə də işini stasionar rabitə üzərində quran və bununla da kiçik gəlirlər əldə edən sahibkarlıq subyektlərinin işi iflic olacaq: “Bu islahatlar nəticəsində daha çox əziyyət çəkən strukturlar isə media institutları olacaq. Ağır iqtisadi şərtlər altında fəaliyyət göstərən yazılı media orqanlarının vəziyyəti bir qədər də ağırlaşacaq. Biz bu islahatları həyata keçirməyə hazırlaşan Azərbaycan hökumətindən tələb edirik ki, stasionar telefonlara limit tətbiq edildiyi təqdirdə əhalinin aztəminatlı təbəqəsi, o cümlədən də kiçik sahibkarlıq subyektləri üçün, xüsusilə də mətbuat orqanları üçün müəyyən güzəştlər nəzərdə tutulsun”.