İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Bakutel 2013” sərgisində startupçılara geniş imkanlar yaradılacaq

22.11.2013 [11:05]

Fontu böyüt:      

Bu il Azərbaycanda böyük vüsət alan “startup” hərəkatına Bakıda keçiriləcək “Bakutel 2013” Telekommunikasiya və İnformasiya Texnologiyaları beynəlxalq sərgi-konfransında da geniş diqqət yetiriləcək. 2 - 5 dekabr tarixində Bakı Ekspo Mərkəzində düzənlənəcək sərgidə həm yerli, həm də xaricdən gələn gənc startupçıların iştirakı nəzərdə tutulub.
Bu il Azərbaycanda böyük vüsət alan “startup” hərəkatına Bakıda keçiriləcək “Bakutel 2013” Telekommunikasiya və İnformasiya Texnologiyaları beynəlxalq sərgi-konfransında da geniş diqqət yetiriləcək. 2 - 5 dekabr tarixində Bakı Ekspo Mərkəzində düzənlənəcək sərgidə həm yerli, həm də xaricdən gələn gənc startupçıların iştirakı nəzərdə tutulub. Bununla belə, “Bakutel 2013” çərçivəsində “Azərbaycanda milli startupların dəstəklənməsi” mövzusunda konfransın keçirilməsi planlaşdırılır.
 
 İT ideyaları ilə sərgi-konfransa qatılacaq startupçılar geniş imkanlar əldə edəcəklər. Belə ki, startupçılara öz ideya və məhsullarını hərtərəfli nümayiş etdirmək üçün lazım olan bütün şərait yaradılıb. Bundan başqa onlar qarşılıqlı fikir mübadiləsi apara, Azərbaycana təşrif buyurmuş digər startupçılarla tanış ola biləcəklər. Onların ideyaları və məhsulları ilə maraqlanmaq, əlaqə qurmaq imkanları olacaq. Üstəlik, dünyada bu sahədə gedən proseslərdən xəbərdar ola biləcəklər.
 
 Eyni zamanda, startupçıları maraqlandıran ən başlıca məsələlərdən biri olan investorlarla da əlaqələr qurmaq, öz məhsulları haqqında onlara məlumat vermək, eləcə də müqavilələr bağlamaq, layihələrə investor cəlb etmək kimi imkanları olacaq.
 
 
Qeyd edək ki, son illər Azərbaycanda startup sahəsi çox sürətlə inkişaf edən sektorlardan biri hesab olunur. 2013-cü ilin “İKT ili” elan edilməsi sözügedən sahənin daha da irəli çıxmasına, onların cəmiyyətə tanıdılmasına və gəlir əldə etməsinə gətirib çıxardıb.

 Ekspertlər hesab edir ki, Azərbaycanın internet bazarının genişlənməsi, informasiya-məlumat sahəsində şəffaflığın artması, genişzolaqlı internet istifadəçilərinin sayının artması, hökumətin həm elektron xidmətləri, həm də onlayn alış-verişi təşviq etməsi startupların sıçrayışlı inkişafına münbit şərait yaradıb. Üstəlik, iş adamlarının, investorların da sahənin gəlirliliyini nəzərə alaraq sektora sərmayə qoymağa maraq göstərməsi gənc startupçıları daha da həvəsləndirib. Elə bu səbəbdəndir ki, ölkədə yüzlərlə startup layihələri irəli sürülərək tətbiq olunmağa başlanıb. Onların böyük əksəriyyəti artıq gəlir gətirməyə başlayıb.(ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar